İran rəhbərliyi ölkə daxilində parçalanma barədə yayılan xəbərlər fonunda xalq və hökumətin birliyini nümayiş etdirən ortaq bəyanatla çıxış edib.
Kainat.tv xəbər verir ki, Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçının "X" sosial şəbəkəsindəki səhifələrində eyni məzmunlu paylaşımlar edilib.
Bəyanatda vurğulanıb ki, İranda "radikallar" və ya "mötədillər" yoxdur, hər kəs "iranlı və inqilabçıdır". Rəhbərlər qeyd ediblər ki, məhz bu birlik sayəsində "təcavüzkarı etdiyi əməllərə görə peşman edəcəklər". XİN rəhbəri Əraqçı isə dövlət institutlarının vahid cəbhədə birləşdiyini əlavə edib.
Bu bəyanatlar parlament sədri Qalibafın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra istefa verməsi və danışıqlar qrupundan ayrılması barədə iddiaların yayılmasından dərhal sonraya təsadüf edir. Qeyd olunub ki, Qalibaf və Əraqçı ABŞ ilə dialoqun davam etdirilməsinin tərəfdarı idilər. İran tərəfi istefa xəbərlərini rəsmən şərh etməsə də, bu kütləvi paylaşımlar daxili sabitlik mesajı kimi qiymətləndirilir. //Publika.az
İranın yüksək vəzifəli şəxslərindən VAHİD BƏYANAT - “Hamımız inqilabçıyıq”
25
aprel
11:42
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ABŞ-İran GİZLİ XƏTTİ: Vaşinqtonun Tehrandakı “YENİ ADAMI” kimdir? DOSYE və pərdəarxası SSENARİLƏR
Dünya ÇALXALANIR - ABŞ-nin İrandakı əsas hədəfi kimdir? İLGİNC DETALLAR
İranın Azərbaycana ŞANTAJI dayanmır: SEPAH yenə özünə ƏL QATDI...
İstanbuldan verilən MESAJLAR - Azərbaycana dəstəklə bağlı İLGİNC AÇIQLAMALAR
Əraqçi İslamabada GEDİR – Böyük RAZILAŞMA, yoxsa növbəti FİASKO? ŞOK DETALLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI