Fevralın 8-i axşam saatlarında Rusiyanın ballistik raket zərbələri nəticəsində Kiyevdə bir neçə partlayış baş verib.
Kainat.tv xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri "Telegram" hesabında məlumat yayıb.
Kiyev Şəhər Administrasiyası saat 17:26-da (Bakı vaxtı ilə 19:26) şəhərdə ballistik raket təhlükəsi ilə bağlı hava həyəcanı elan edib.
"Təhlükə aradan qalxana qədər dərhal ən yaxın sığınacaqlara keçin və orada qalın. Həyəcan siqnallarını qulaqardına vurmayın", - deyə məlumatda bildirilib.
Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələri Çerniqov bölgəsi üzərindən Kiyevə doğru hərəkət edən yüksək sürətli hədəflər aşkar edib. Bu zaman paytaxtda bir neçə partlayış qeydə alınıb.
Kiyev meri Vitali Kliçko hadisəni təsdiqləyib.
"Paytaxt ballistik hücum altındadır. Hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir. Sığınacaqlara gedin", - deyə o yazıb.
Saat 19:34-ə olan məlumata görə, Kiyev, Jitomir, Çerniqov, Çerkassı, Sumı, Poltava, Kirovohrad, Dnepropetrovsk, Xarkov, Zaporojye və Donetsk vilayətlərində hava hücumu sirenaları səsləndirilib. //Musavat.com
SON DƏQİQƏ: Rusiya ballistik raketlərlə HÜCUMA KEÇDİ - Kiyevdə PARTLAYIŞLAR
08
fevral
23:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI