Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.
Kainat.tv AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.
Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.
Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilin.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü olub
08
avqust
13:41
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI