Xatırladaq ki, ABŞ lideri martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb. Xamenei də öz növbəsində İranın bu tələbləri qəbul etməyəcəyini açıqlayıb.
ABŞ-İran gərginliyinin perspektivi necədir? Gərginlik müharibəyə keçə bilər?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, ABŞ-la İran arasında uzun müddətdir, gərginlik davam edir:
“Trampın hakimiyyəti dövründə bu münasibətlərin daha da gərginləşəcəyi, ağır müstəviyə qədəm qoyacağı şübhə doğurmur. Çünki Donald Trampın ilk hakimiyyəti illərində İrana qarşı necə aqressiv siyasət yürütdüyünün şahidi olmuşuq. Digər tərəfdən onun seçkiöncəsi verdiyi vədlərdən də aydın oldu ki, yeni mərhələdə İranı daha çətin günlər gözləyir. Bu gün həmin vəziyyətin ilkin işartıları özünü göstərir. Tramp administrasiyası İranın nüvə sahibi ola bilməyəcəyi ilə bağlı açıqlamaları onu göstərir ki, gərginlik tezliklə daha da pik həddə çatacaq.

Sahil Kərimli
İranın Ali dini lideri Əli Xamenei də bu məktuba qarşılıq verərək rəsmi Tehranın heç bir danışıqlara getməyəcəyini bildirib. İranın ABŞ-la hər hansı müzakirə aparması, təmaslar qurması, məsləhətləşmələr aparmaqla ilə bağlı planı yoxdur. Bu isə o deməkdir ki, İran nüvə əldə etməklə bağlı planlarında israrlıdır. Bu istiqamətdə daha da irəli getmək üçün addımlar atıla bilər”.