Rusiya İrandan yaxın vaxtlarda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahəsinin alınması üçün qrafik təqdim edəcəyini gözləyir.
Kainat.tv xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov "İzvestiya" qəzetinə müsahibəsində bildiri .
“Biz bunu (torpaq alqı-satqısı cədvəli ) yaxın gələcəkdə gözləyirik”, - deyə o bildirib.
Diplomatın fikrincə, bu, layihənin həyata keçirilməsinə əminlik təmin etməlidir.
“Məndə belə təəssürat yaranıb ki, İran tərəfi Rusiya tərəfi kimi bu layihənin həyata keçirilməsində qərarlıdır”, - o əlavə edib.
Yanvarın 24-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva və Tehranın 2025-ci ilin mart ayının sonuna kimi Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamaq haqqında saziş imzalayacağını bildirib.
O qeyd edib ki , yanvarın 17-də Moskvada danışıqlar zamanı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian tikintiyə bu ilin mart ayının sonunadək başlamaq haqqında saziş imzalamaqla bağlı razılığa gəliblər.
162 km uzunluğunda olan Rəşt-Astara hissəsi İranın ən mühüm dəmir yolu layihəsidir. Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir .
Bu dəhliz, öz növbəsində, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir. 2023-cü ilin mayında Moskva və Tehran İranda Rəşt-Astara qərb marşrutu dəmir yolunun yekun hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar. //Publika.az
Rusiya İrandan CAVAB GÖZLƏYİR - Azərbaycanın iştirakçısı olduğu LAYİHƏNİN...
24
fevral
04:48
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR
Azərbaycan yeni DƏHLİZ AÇILIR - Bakının logistik ÖNƏMİ ARTIR
Zəngəzur dəhlizinin ÖNÜ AÇILIR - Bakı və Ankara əqrəbləri TUTUŞDURUR...
Rusiya, İran və Azərbaycan üçtərəfli görüş keçirəcəklər
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI