Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron və gələn həftə ABŞ-yə səfər edəcəklər.
KAinat.tv xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
Onun sözlərinə görə, avropalı liderlər Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq məqsədilə Vaşinqtona səfər edəcəklər.
“Fox News”a açıqlamasında Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək şansları barədə verilən sualı cavablandıran Uolts deyib: "Biz bütün tərəflərlə əlaqə saxlayırıq və bundan sonra növbəti addım daha ətraflı müzakirə etmək üçün texniki qruplar göndərməkdir".
“The Telegraph” isə yazır ki, Kir Starmer və Emmanuel Makron Ağ Evdə görüşləri zamanı prezident Donald Trampa Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi planını təqdim edəcəklər.
Onlar ABŞ prezidentinin vasitəçiliyi ilə istənilən atəşkəsə əməl olunması məqsədilə 30.000-dək avropalı əsgərin Ukraynada yerləşdirilməsini müzakirə edəcəklər.
Starmer eyni zamanda Trampı Rusiya hər hansı atəşkəsin şərtlərini pozarsa, öldürücü güclə cavab vermək üçün Şərqi Avropada ABŞ qırıcılarını və raketlərini hazır vəziyyətdə saxlamağa çağıracaq.
Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bəyan edib ki, Ukraynada istənilən sülhməramlı əməliyyatlara görə bütün məsuliyyət Avropa və Kanadanın çiyninə düşəcək.
Britaniya baş naziri Trampı inandırmağa çalışacaq ki, Rusiyanın Ukraynanı üçüncü dəfə işğal edəcəyi təqdirdə, onun qarşısının alınması həm də ABŞ-nin maraqlarına uyğundur.
Ölkə.Az
Britaniya və Fransa Putinə görə hərəkətə keçdi
20
fevral
19:34
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Almaniyanı hədəfə alan Fransa XAOSA YAXINLAŞIR: Makron tezliklə devrilərək, HƏBS OLUNACAQ
Böyük Britaniyanın Baş naziri ilk dəfə AÇIQLADI - Dünya ŞOKDA!
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
ABŞ Qafqazı QAN ÇANAĞINA ÇEVİRİR - SÜLHƏ TƏHDİD
Yeni baş nazir və ya MAKRONUN “TARİXİ MÜTTƏFİQİ” -TƏHLİL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI