"Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətində irəliləmək cəhdinin olub-olmaması ilə bağlı sualları Rusiya Müdafiə Nazirliyinə ünvanlamaq lazımdır".
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada hazırlanan hücumla bağlı yayılan xəbərlərə reaksiya verib.
Onun sözlərinə görə, müdafiə nazirliyində müharibə ilə bağlı daha çox məlumat var.
"Ordumuz xüsusi hərbi əməliyyatı davam etdirir, bütün cəbhələrdə vəziyyətə nəzarət edir", – deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya telegram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə doğru irəliləmək istədikləri barədə məlumatlar yayımlanıb. Eyni zamanda, müxbir Aleksandr Sladkov bu məlumatların doğru olmadığını iddia edib.
Texnikaların və bir neçə min əsgərin 50 km məsafədə yerləşdiyi bildirilib.
"Ukrayna hərbçilərinin əsas qrupu Sumı vilayətinin iki yaşayış məntəqəsində cəmləşib. Təxminən 5000-dən çox Ukrayna hərbçisi, 200-dən çox texnika, o cümlədən "Leopard" və "Abrams" tankları, zirehli döyüş maşınları və başqa hərbi texnika hazırda oradadır. Sumı vilayətindəki Şostka və Qluxovdan mülki əhalinin qismən təxliyəsi barədə də məlumatlar var", - SHOT teleqram kanalı yazıb.
Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin bütün hərəkətləri Rusiya hərbçiləri tərəfindən nəzarət olunur. Ukrayna hərbçilərinə qarşı hava hücumları və artilleriya atəşləri açılır.
Ukrayna böyük hücuma HAZIRLAŞIR - Kremldən SON DƏQİQƏ AÇIQLAMASI
20
fevral
14:10
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ABŞ Qafqazı QAN ÇANAĞINA ÇEVİRİR - SÜLHƏ TƏHDİD
Prezident mühüm fərman İMZALADI
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Rusiyanın ölkəmizdəki RUPORU — “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI