Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya mümkün müdaxiləsinin qarşısını almaq yollarını axtarır.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
İddialara görə, bu məsələ fevralın 3-də Brüsseldə keçirilən qeyri-rəsmi Aİ sammitinin əsas mövzularından biri olub.
"Onlar Trampı Danimarka ərazisinə müdaxilədən çəkindirməyin yollarını müzakirə ediblər", – nəşr yazıb.
Sammitdə həmçinin ABŞ-ın Avropa mallarına idxal rüsumlarını artırmasının qarşısını almaq yolları da müzakirə olunub. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Aİ ədalətsiz və əsassız addımlara qarşı sərt reaksiya verəcək.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Antonio Kosta bildirib ki, Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə Aİ-nin bütün ölkələri Danimarkanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd ediblər.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Donald Tramp ABŞ-ın Qrenlandiyanı nəzarətə götürməli olduğunu bildirib. Qrenlandiyanın baş naziri Mute Egede bu açıqlamaya cavab olaraq ərazinin satılmadığını və heç vaxt satılmayacağına diqqət çəkib. Daha sonra Danimarka adanın müdafiəsini gücləndirmək üçün əlavə vəsait ayırıb.
Yanvarın 26-da isə Tramp bir daha Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevriləcəyini iddia edib. Lakin son sorğulara görə, Qrenlandiya əhalisinin təxminən 85%-i adanın ABŞ-a birləşdirilməsinə qarşıdır.
Avropa Trampa qarşı HƏRƏKƏTƏ KEÇDİ - Gizli görüşün DETALLARI
04
fevral
15:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Avropanın daha bir “QAZLI” qərəzi -Bakıya ŞƏR ATIR, Ermənistana GÖZ YUMULUR...
Mavi yanacağa QIRMIZI TƏLƏB: Azərbaycanın qapısını döyənlərin SAYI ARTACAQ?
Tramp xofu Qərb təhlükəsizlik sistemini DAĞIDIR: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “SİYASİ SAVAŞ”a çox yaxındır
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Yeni planlarla QAYITDI – Trampın Azərbaycan və dünya siyasəti NECƏ OLACAQ?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI