Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasının Rusiya hava məkanında baş verdiyinə görə Prezident İlham Əliyevdən üzr istəyib.
Kainat.tv xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Danışıq zamanı 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası müzakirə edilib.
Vladimir Putin hadisənin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzrxahlığını bildirib və həlak olanların ailələrinə dərin başsağlığı verib. Yaralılara tezliklə sağalmağı arzulayıb. Danışıq zamanı qeyd olunub ki, Azərbaycan təyyarəsi cədvələ uyğun olaraq Qroznı hava limanına eniş etməyə çalışıb. Lakin həmin vaxt Ukraynanın pilotsuz uçuş aparatları Qroznı, Mozdok və Vladiqafqazı hədəf alıb və Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bu hücumları dəf edirdi.
Rusiya İstintaq Komitəsi hava nəqliyyatı hərəkəti və istismar təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. Hazırda ilkin istintaq tədbirləri görülür, mülki və hərbi mütəxəssislər dindirilməkdədir.
Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı hazırda Groznıda Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsinin nümayəndələri ilə birlikdə çalışır. Hadisə yerində Rusiya, Azərbaycan və Qazaxıstanın aidiyyəti xidmətləri arasında sıx əməkdaşlıq davam edir.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir. //Musavat.com
Putin təyyarə qəzasının Rusiya hava məkanında baş verdiyinə görə İlham Əliyevdən ÜZR İSTƏDİ
28
dekabr
17:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Rusiya-Azərbaycan münasibətləri üçün KRİTİK BİR SINAQ: Hər şey MOSKVANIN ETİRAFIndan asılıdır - TƏHLİL
Rusiya Azərbaycana təzminat verməlidir - Məbləğ MƏLUM OLDU
KİV: AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” HHM-nin hücumuna MƏRUZ QALIB
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI