Ermənistan konstitusiyası 2025-ci ildə dəyişə bilər?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Füzuli Qurbanov deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bir çox şəxsdən asılı hala gəlib:
“2025-ci il üçün birmənalı proqnoz vermək çətindir. Son hadisələr göstərir ki, siyasi proseslər sürətlə dəyişir.

Füzuli Qurbanov
Ermənistan rəsmilərinin Bakının konstitusiya ilə bağlı təklifinə verdiyi reaksiyalar 2025-ci ildə bunun gerçəkləşmə ehtimalını azaldır. Sülh müqaviləsinin 2025-ci ildə imzalanmasına şübhə ilə yanaşıram.
Lakin geosiyasi proseslər Cənubi Qafqazda elə reallıqlar yarada bilər ki, Ermənistanın bu addımı atmaqdan başqa seçimi qalmaz. Digər tərəfdən, proseslərin xeyli hissəsi Gürcüstanda baş verəcək hadisələrdən asılıdır.
Bu ölkə isə geosiyasi baxımdan qeyri-müəyyən vəziyyətdədir. Tam dəqiq seçimini edə bilməyib. Orada mübarizə davam edir. Nəticə regiondakı əməkdaşlıq, təhlükəsizlik vəziyyətinə təsiri olacaq”.