Xüsusilə keçmiş qondarma rejimin “rəhbərləri”nin məhkəmə salonundan ifadələri və etirafları maraqla gözlənilir. Ermənistanda bəzi siyasətçilər erməni hərbi cinayətkarların bəyanatlarının İrəvan üçün narahatedici olduğunu bildirirlər.
“Çünki Azərbaycan müstəqil hüquqi dövlət kimi ona qarşı törədilən cinayətləri unutmur, unutmamalıdır. Cinayətkarlar etdiklərinin cavablarını almalıdırlar. İndi Bakıda bir qrup erməni hərbi cinayətkarın məhkəməsinin keçirilməsi bu baxımdan biz və bütün dünya üçün tarixi hadisədir. Onların layiq olduğu cəzalar bu proseslə müəyyən olunacaq.
Yaranmış vəziyyət erməni xalqının şüuruna xeyli dərəcədə təsir edəcək. Lakin onların nəticə çıxarıb-çıxarmayacağını zaman göstərəcək. Amma bir cəmiyyət, dövlət olaraq anlayacaqlar ki, azərbaycanlılara qarşı cinayət işlədib sonra da əl-qollarını sallayaraq müxtəlif yerlərdə yaşaya bilməzlər. Törədilən hər bir cinayət əməlinin qarşılığı olmalıdır. Azərbaycan bu qarışılığı verir”.

Füzuli Qurbanov
F.Qurbanovun sözlərinə görə, erməni hərbi cinayətlarların məhkəmədə mühakimə olunması, hətta ən güclü erməni havadarlarına da bir siqnaldır:
“Hələlik barəsində məhkəmə prosesi aparılan cinayətkarların siyahısı tam deyil. Qarabağda bizə qarşı cinayət törədənlərin bir çoxu azadlıqdadır. Onların da zamanla mühakimə ediləcəyinə inanıram”.