Xəbər verdiyimiz kimi, İsrail hökuməti Colan təpələrinin inkişafı planını təsdiqləyib. Bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qərar Colan təpələrində yaşayış məntəqələrini, o cümlədən təhsil, bərpaolunan enerji, tələbə şəhərciyinin yaradılması və yeni sakinlərin məskunlaşması məsələlərində Colan Təpələri Regional Şurasına kömək edəcək təşkilati inkişaf proqramı üzrə məsələlərin həllini gücləndirəcək.
Musavat.com xəbər verir ki, rəsmi Ankara İsrailin bu qərarına sərt reaksiya verib.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, Türkiyə İsrailin 1967-ci ildən bəri işğal etdiyi Colan təpələrində qeyri-qanuni yaşayış məskənlərini genişləndirmə qərarını şiddətlə qınayır və bu qərar İsrailin işğal yolu ilə sərhədlərini genişləndirmə hədəfinin yeni mərhələsidir:
“Biz İsrailin 1967-ci ildən işğal etdiyi Colan təpələrində qanunsuz yaşayış məskənlərini genişləndirmək qərarını qətiyyətlə pisləyirik. Sözügedən qərar İsrailin işğal yolu ilə sərhədlərini genişləndirmək məqsədinin yeni mərhələsidir.
İsrailin atdığı bu addım 1974-cü il Qüvvələrin Ayrılması Müqaviləsinə zidd olaraq İsrail və Suriya arasında ayırma zonasına daxil olması, ətraf bölgələrdə irəliləyişləri və Suriyaya qarşı hava hücumları ilə qiymətləndirildikdə son dərəcə narahatedicidir.
İsrailin davam edən hərəkətləri Suriyada sülh və sabitliyin bərqərar edilməsi və regionda gərginliyin daha da artması səylərinə ciddi ziyan vurur.
Beynəlxalq ictimaiyyət İsrailə lazımi reaksiyanı göstərməli və Netanyahu hökumətinin qeyri-qanuni fəaliyyətinə son qoyulmasını təmin etməlidir”.
SON DƏQİQƏ! Türkiyədən İsraillə bağlı ŞOK BƏYANAT - Bu, yeni mərhələdir!
16
dekabr
17:35
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Üç qardaş Bakıda BİRLƏŞDİ: “YAŞIL KABEL”i belə çəkəcəklər – Nəhəng Saziş nələr VƏD EDİR?
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI