Ermənistan hakimiyyətinin atdığı addımlar Zəngəzur dəhlizi məsələsini ağırlaşdırır.
Kainat.tv bildirir ki, bu barədə Rusiyanın İarex.ru portalı yazıb.
Sayt bildirir ki, Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması, Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olması və qərbpərəst Baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı sərt bəyanatları İrəvan-Moskva əlaqələrini gərginləşdirib:
“Ermənistan Moskva ilə Qərb arasında mövqe tutmağa çalışır, hesab edir ki, öz maraqlarına uyğun olaraq, tərəflərin “oyun kartları” ilə oynaya biləcək. Ukrayna da təxminən 11 il əvvəl belə edirdi.
Ermənistanla hərbi-texniki və digər əməkdaşlığı inkişaf etdirən Qərb onu Rusiya ilə qarşıdurma ssenarisinə aparır”.
Portal qeyd edir ki, Ermənistan Yaxın Şərqdən yaxınlaşan “sunami şoku” kontekstində də təhlükəli geosiyasi vəziyyətlə üzləşib:
“Bir çox erməni ekspert xəbərdarlıq edir ki, Yaxın Şərqdəki böhran sürətlə Ermənistanı cənginə ala bilər. Suriyada baş verənlər Ermənistan üçün həyəcan siqnalı olmalıdır. Türkiyə oradakı fəaliyyətini uğurla başa vursa, Zəngəzur dəhlizi problemi daha da ağırlaşacaq”.
Rusiya saytı iddia edir ki, Qərbdən Ermənistana “Xarici Hərbi Maliyyələşdirmə” (FMF) proqramı çərçivəsində maliyyə resurslarının verilməsi, qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışın asanlaşdırılması, ABŞ-la strateji əməkdaşlığın səviyyəsinin artırılması həm də Azərbaycanla müharibəyə hazırlıq çərçivəsində baş verir:
“Belə bir vəziyyətdə Qərb Gürcüstanda öz “oyun kartı”nı oynaya bilsə, Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranın geosiyasi dəyirmanına düşə bilər. O zaman bütün Cənubi Qafqaz od tutub yanacaq. Qərb Ermənistanda böyük oyun oynayır. Artıq bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, Vaşinqton Ermənistanda qərbyönlü partiyaların 2026-cı ildə parlamentə daxil olması üçün hərəkətə keçib.
Məsələ budur ki, eyni vaxtda iki stulda oturmağa çalışan Paşinyana ABŞ tam etibar eləmir, buna görə də zamanla Moskvaya dönə bilər. “Gürcü Arzusu” Tbilisidə hakimiyyəti saxlayarsa, bunu istisna etmək olmaz, Ermənistanda böyük dəyişiklik başlayacaq”.
Rusiya gizli planı AÇIQLADI – “Bölgə od tutub yanacaq, ZƏNGƏZUR…”
11
dekabr
19:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rusiya gizli planı AÇIQLADI - “Bölgə od tutub yanacaq, ZƏNGƏZUR...”
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Rusiya Ermənistanı HƏDƏLƏDİ -Paşinyan elə bir CAVAB verdi ki...
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI