Böyük Britaniya ABŞ-yə İranla bağlı əməliyyatlarda hərbi bazalarından məhdud istifadə etməyə icazə verib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer ölkəsinin “İraq səhvlərindən dərs çıxardığını” bildirib.
Baş nazir vurğulayıb ki, London İranla bağlı ilk zərbələrə qoşulmayıb və bundan sonra da hücum xarakterli əməliyyatlarda iştirak etməyəcək. Bununla belə, Britaniya regionda müttəfiqlərinin müdafiə xarakterli addımlarını dəstəkləyir.
Keir Starmer qeyd edib ki, əlaqələndirilmiş müdafiə əməliyyatları çərçivəsində Britaniya qırıcıları artıq İranın bəzi zərbələrini zərərsizləşdirib.
Bundan əlavə, Britaniya ABŞ-nin müraciətinə əsasən, hərbi bazalarından məhdud müdafiə məqsədləri üçün istifadəyə icazə verib. Bildirilir ki, söhbət raket buraxılış qurğularına və raket anbarlarına qarşı zərbələrdən gedir.
Qeyd edək ki, əməliyyatlardan əvvəl bəzi media qurumları Böyük Britaniyanın Hind okeanında və öz ərazisində yerləşən hərbi hava bazalarından ABŞ-nin istifadə etməsinə icazə vermədiyini yazmışdı.
London QƏRARINI VERDİ – ABŞ İran hədəflərini Britaniya bazalarından VURACAQ
02
mart
10:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Böyük Britaniyanın Baş naziri ilk dəfə AÇIQLADI - Dünya ŞOKDA!
Milyonlarla manata satılan villalar,obyektlər hansı məmurlarındır?
Zəngəzur dəhlizinin ÖNÜ AÇILIR - Bakı və Ankara əqrəbləri TUTUŞDURUR...
"İran 5 noyabra qədər İsraili vuracaq" proqnozu özünü doğruldacaqmı?
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır - ŞƏRH
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI