Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiya ilə gərgin münasibətlərə toxunub. Bu mövqe Rusiya Prezidenti Vladimir Putinin son vaxtlar Azərbaycana göstərdiyi reveranslara, bir növ, cavab xarakteri daşıya bilər.
Xatırladaq ki, Rusiya Prezidenti bir müddət əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərmişdi. Bu addım Moskvanın gərginliyi yumşaltmaq və münasibətləri normallaşdırmaq istəyi kimi qiymətləndirilmişdi. Lakin Prezident İlham Əliyev konkret və prinsipial mövqe ortaya qoydu. Diplomatik dillə bildirdi ki, Azərbaycana və azərbaycanlılara qarşı hörmətsizlik bağışlanmayacaq və belə halların üzərindən sakitcə keçilməyəcək. Üzr və kompensasiya tələbinin qüvvədə qaldığı da bir daha aydın oldu.
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, 2023-cü ilin dekabr ayından bu günə qədər Azərbaycan–Rusiya münasibətləri böhran içərisindədir:
“Hazırda bu böhran davam edir və getdikcə dərinləşir. Bu gərginlik bir çox sahələrə təsir edib. Böhran dövründə dəfələrlə danışıqlar aparılıb, münasibətləri normallaşdırmaq yolları axtarılıb və müəyyən konkret addımlar da atılıb. Lakin hər dəfə önəmli hadisələr ərəfəsində Rusiya tərəfi təxribatçı addımlar atıb. Məsələn, 9 May paradında Prezident İlham Əliyevin iştirakı gözlənilsə də, həmin dövrdə Azərbaycan deputatlarından biri Rusiyaya buraxılmadı. Bu hadisə Rusiya hakimiyyət strukturlarının qərarı ilə həyata keçirilmişdi.
Bu cür ikili yanaşmalar Azərbaycanı daha çox narahat edir. Səbəb isə Kremlin daxilində bu məsələyə dair vahid mövqenin olmamasıdır. Rəsmi Bakı məhz bu vahid və birmənalı mövqeyi gözləyir. Çünki eyni vaxtda həm destruktiv, həm də konstruktiv siqnalların verilməsi etimadı zəiflədir”.
Politoloq qeyd edib ki, Azərbaycan Rusiya tərəfindən həm konstruktiv addımları, həm də destruktiv davranışları müşahidə edir və bunlara gecikmədən reaksiya verir:
“Hökumətlərarası görüşlər, xarici işlər nazirlərinin təmasları, eləcə də ən ali səviyyədə baş tutan telefon danışığı və görüşlər münasibətlərin gələcəyi üçün zəmin yaradır. Bildiyimiz kimi, yaxın günlərdə Çində mühüm beynəlxalq tədbir keçiriləcək. Bu tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında görüşün də baş tutacağı gözlənilir.
Bütün bu dinamik proseslər göstərir ki, tərəflər arasında təmaslar planlaşdırılıb. Lakin Rusiya tərəfinin təxribatları da davam edir. Xüsusilə Prezident İlham Əliyevin müsahibələrinin təhrif edilməsi, Azərbaycanın atdığı addımların yanlış təqdim olunması kimi hallar narahatlıq doğurur. Bakı isə konkretlik tələb edir — Azərbaycan istəyir ki, Rusiya Prezidenti açıq və birmənalı mövqe sərgiləsin. Bu halda, Bakı da münasibətlərdə bundan sonra necə davranacağını tam şəkildə müəyyən edəcək.
Hesab edirəm ki, Çin görüşündə liderlər bir araya gəlsə də, münasibətlərin əvvəlki vəziyyətə qayıtması real görünmür”.
Kainat.tv
Putinin Bakıya göndərdiyi məktubun sirri - Əliyevin “yazdığı” cavab bilindi
29
avqust
11:23
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qalib KOMANDAN, tarix yazan LİDER, azad Qarabağın MEMARI
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI