Sabiq deputat Vahid Əhmədov MediaTürk TV-nin qonağı olub.
Kainat.tv Modern.az-a istinadən xəbər verir ki, Vahid Əhmədovun TV-nin efirindən Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
Vahid Əhmədov qeyd edib ki, Nəcməddin Sadıkov vaxtilə Ukraynadan alınan silahlarla bağlı mərhum Prezident Heydər Əliyevə yanlış informasiya verib:
“Bizim üçün bu gün əhəmiyyət kəsb edən məsələlərdən biri də Ukrayna ilə bağlıdır. Ukraynanın Azərbaycana münasibəti həmişə yaxşı olub. 1993-cü ildə rəhmətlik Ulu Öndər hakimiyyətdı idi, mən də Baş nazirin birici müaviniydim. Müdafiə ilə bağlı iclas keçirir və burada Ukraynadan silah gətirilməsini müzakirə edirdik. Həmin dövrdə Rusiya bizə silah vermirdi, çətin idi. Müəyyən silahlar çatışmırdı. Onda Ulu Öndər mənə dedi ki, “eşitmişəm sənin Ukraynanın Baş naziri ilə əlaqən yaxşıdır. Oradan təşkil edək, silah gətirək”. Mən də Ukrayna tərəfinin fikirlərini öyrəndim. Onlar razı olduqlarını, əvəzində pul istəmədiklərini dedilər və bunun müqabilində yanacaq istədilər. Müdafiə nazirinə zəng edib lazım olan silahların siyahısını istədim. Siyahını götürüb ora getdik. 100-ə yaxın silah, tank və başqa - nə vardı daşıdıq gətirdik Azərbaycana. Onlar bizə belə bir kömək etdilər, əvəzində biz də yanacaq verdik.
Sonra görün, nə oldu? Deməli, cənab Prezidentin iştirakı ilə gedən iclasda dedilər ki, Ukraynadan gətirilən tanklar bizim ərazidə işləmir. Onda rəhmətlik Ulu Öndər dedi ki, “Vahid müəllim, bu nədir, necə yəni?”. Mən də dedim ki, vallah özləri nə sifariş veriblərsə, onu da gətirmişəm. Nəcməddin Sadıkov da ordaydı, dedi ki, yox biz onları sifariş verməmişik. Bir dəqiqəliyə icazə istədim, getdim məktubu gətirib stolun üstünə qoydum. Dedim, nə sifariş veriblərsə, buradadır. Onda Ümumilli Lider, onlara çox təpindi, dedi, bu nə ayıbdır, utanmırsınız?! Nə sifariş vermisiniz, onu da gətiriblər”.
Xatırladaq ki, Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında - 44 günlük Vətən müharibəsinin gedişi zamanı tutduğu vəzifədən azad edilib.
Nüfuzlu “Middle East Eye” portalında bu gün yayılan məlumata görə, Türkiyənin 44 günlük müharibə zamanı göstərdiyi dəstək çərçivəsində Azərbaycan Ordusunun sıralarındakı Rusiyapərəst elementlər aşkar edilərək sıradan çıxarılıb. Həmin vaxt Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
14
avqust
11:48
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıya daha kimlər gəlib? – YENİLƏNİR
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
Dəhşətli Sirr Açıldı: Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluğunda - KİMLƏRLƏ VƏ NECƏ SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI