Təhsilmedia.az xəbər portalının rəhbəri, tanınmış jurnalist Sakit Muradov sosial şəbəkədə şok iddia ilə çıxış edib. Onun sözlərinə görə, gecə saatlarında naməlum nömrədən ona edilən təhqir və ölüm təhdidlərinin müəllifi məlum olub – bu şəxs 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyevanın oğlu Ayxan Əlizadədir.
Jurnalistin Facebook hesabında etdiyi paylaşımda bildirilir ki, Ayxan Əlizadə anasının fəaliyyətinə dair yayımlanmış tənqidi materiallardan sonra jurnalisti hədəfə alıb. Qeyd edək ki, Afaq Əliyeva ilə bağlı bir müddət əvvəl Tehsilmedia.az saytında onun əməkdaşlara qarşı təhdid, şantaj, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və dövlət əmlakının mənimsənilməsi ilə bağlı səs yazıları və materiallar dərc olunmuşdu.
Sakit Muradovun paylaşımında deyilir:
“Sən demə, gecənin bir aləmi telefonuma zəng edən, məni ölümlə hədələyən şəxs 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyevanın oğlu Ayxan Əlizadə imiş. Görünür Afaq Əliyevanın oğlu da anası kimi təhdid dili ilə danışmağı, hədələməyi sevir.”
Daha da maraqlısı odur ki, təhdid edən şəxs – Ayxan Əlizadə – hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Jurnalist bu faktı da diqqətə çatdıraraq İqtisadiyyat naziri Mikayıl Cabbarova çağırış edib:
“Yəqin ki, çox hörmətli Mikayıl Cabbarov öz tabeliyində çalışan bu şəxsin hansı işlərlə məşğul olduğunu öyrəndikdə onun haqqında müvafiq ölçü götürəcək.”
Məsələnin daha da ciddi tərəfi budur ki, jurnalistin təhqir və təhdid olunması birbaşa ifadə azadlığına və mətbuatın toxunulmazlığına qarşı yönəlmiş təzyiq aktıdır. Jurnalist həmçinin hüquq-mühafizə orqanlarını da məsələyə reaksiya verməyə çağırıb:
“Ümid edirəm ki, hüquq-mühafizə orqanları da məni təhdid edən şəxslə bağlı lazımi araşdırmalara başlayacaqlar. Müstəqil, azad bir ölkədə yaşayırıq, bütün məsələlər qanun çərçivəsində həll edilir.”
Məqalədə həmçinin qeyd olunur ki, Afaq Əliyevanın fəaliyyəti ilə bağlı Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən araşdırmalara başlanılmışdı. Lakin direktor barəsində məhkəmə prosesləri olduğu üçün araşdırmalar müvəqqəti olaraq dayandırılıb. Bu isə mövcud qanunvericiliyə uyğun həyata keçirilir – araşdırmalar yalnız məhkəmə çəkişmələri başa çatdıqdan sonra davam etdirilə bilər.
Kainat.tv redaksiyası olaraq bildiririk ki, jurnalistlərin peşə fəaliyyətinə qarşı təhdid və təzyiqlərə qarşı sıfır tolerantlıq nümayiş etdirilməli, hüquqi müstəvidə bu cür hallara qəti şəkildə son qoyulmalıdır.
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi – Təhsil portalının rəhbəri paylaşım edib
16
iyun
16:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!
Günün ULDUZ FALI - Problemlərdən DƏRS ÇIXARIN
Günün QOROSKOPU: enerjiniz yüksək olacaq
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI