Paytaxt.org-a Nərimanov rayonu 57 nömrəli məktəblə bağlı belə bir iddia dolu şikayət məktubu daxil olub.
Şikayət məktubunda deyilir:
"İmtahandan kəsilən uşaqlardan var ki, onlardan lap çox alırlar.Hadisəni əvvəl gizlədirlər sonra 100 - 200 manat alırlar, baxır da kimin övladıdır. Orta təhsil haqqında attestatı almaq üçün onlarla şagirird var ki, müəyyən məbləğdə pul tələb edilib. Məktəblərində şagirdlər attestatın müxtəlif qiymətlərə «satıldığı» kimsəyə sirr deyil. Məktəbdə fəaliyyət göstərən valdeynlər komitəsi buna əyani şahiddir. Onunu da qeyd edim ki, 9-11 sinif şagirdlərinə hazırlığa getmələri üçün pul qarşılığında icazələr verilir, həmçinin qonşu məktəblərdən 9-10 sinif şagirdləri 57 nömrəli məktəbə onlarla şagird yerdəyişməsi etməkdədir.."
Paytaxt.org bildirir ki, Aytən Sadıqova ilə bağlı qeyd olunanlar bununla bitmir və növbəti yazımızda əlavə iddiaları təqdim edəcəyik. Bizi izləməyə davam edin...
MÜRACİƏTİN DAVAMI VAR...