Abşeron rayon icra hakimiyyəti sahibkarla anlaşaraq yaşıllığın məhv edilməsinə göz yumur.

Kainat.tv-nin xəbərinə görə, vaxtı ilə ETSN tərəfindən salınan yaşıllıq, Abşeron RİH-nin nəzarətinə verilsə də, baxımsız qalaraq bəzi səbəblərdən məhv edilir.

Daxil olan məlumata görə, icra hakimiyyəti açıq şəkildə yaşıllığın məhv edilməsinə şərait yaradaraq, ərazini sahibkara obyekt sahəsi kimi verib.

Belə ki, 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən Abşeron rayon Mehdiabad qəsəbəsi 28 may küçəsində obyektin qarşısında çıxarılan ağacların yerində dəfələrlə yeni tinglər əkilməsinə baxmayaraq, sahibkarın həmin ağacları məhv etməsi aşkar edilib. Sahibkar hər dəfə öz məqsədinə çatmaq üçün ağacları yerindən çıxartdıraraq ərazidən daşıtdırıb. Sahibkarın bu özbaşınalığına icra başcısı tərəfindən xeyir-dua verildiyi bildirilir. Məqsəd isə sahibkara məxsus  obyektin qarşısın açmaq və obyekti böyütməkdir. Sahibkarın bu qanunsuzluqlar etməsinə alət olan icra hakimiyyəti və Mehdiabad bələdiyyəsi yaşıllığa sahib çıxmaq əvəzinə, məhvinə rəvac verdiyi deyilir. Məlumatda, hadisələrin bu yerə gəlib çıxmasına icra başçısı ilə sahibkar arasında isti razılaşma olduğu da bildirilir.

Məhv edilən yaşıllığa görə, 4 saylı RETSİ tərəfindən qanuna müvafiq tədbirlər ğörülərək aidiyyatı üzrə hüquq mühavizə orqanlarına rəsmi müraciət edilib. 

Əvvəl salınan yaşıllıq:




Sonradan məhv edilən yaşıllıqdan qalanlar:




Ekologiya.az