"AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, "Ailə TV”, "Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub.
Kainat.tv xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F. Allahverdiyevin keçmiş həyat yoldaşı G. Allahverdiyevadır. Əvvəllər "Azərreyl” voleybol klubunun üzvü olmuş G. Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.
F. Allahverdiyev isə G. Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb. //AZXEBER.COM
SON DƏQİQƏ! Tanınmış iş adamı "Ailə TV”, "Caspian Telecom” MMC şirkətlərinin rəhbəri HƏBS EDİLDİ
10
mart
13:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
At, eşşək və murdar ət satanlara BƏD XƏBƏR: 10 il HƏBS - Yeni cəzalar GƏLİR
Daha bir iş adamı HƏBS EDİLDİ
Yaşıllıq qatillərinə qarşı SƏRT CƏZALAR: Sanksiyalar SƏRTLƏŞDİRİLİR
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - FOTO
DTX-dən daha bir UĞURLU ƏMƏLİYYAT - 200 min dollara Bakıda kimi ÖLDÜRMƏK İSTƏYİBLƏR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI