Bərdə şəhər Mənzil Kommunal Təsərrüfatının, el arasında "JEK" kimi qəbul edilən idarənin rəis müavini İldırım Quliyev adına yaraşmayan hərəkətləri ilə ad çıxarıb. Anaxeber.info məlumat verir ki, rəis müavini İldırım Quliyev "ildırım" kimi çaxmağı əsasən qadınların üstünə bacarır. Necə deyərlər, sözün əsl mənasında gücünü arvadlara göstərir. "Axırıncı aşırım" filmində Qəmlo obrazını qismən xatırladan İldırım Quliyev işçiləri təhqir edir, nalayiq ifadələr işlədir, onlarla kobud danışır. Sanki Bərdədə odur, Bağdadda kor xəlifə...
Onun özünü necə aparmasını sübut edən görüntülərdən biri sosial şəbəkələrdə yayılıb. İldırım Quliyev söyüşlə, qışqıraraq danışır, özünü yekəxana aparır. Görən də deyər ki, Həsən ağanın qohumudur. Amma bu video bir nümunədir. Verilən məlumatlara görə, İldırım Quliyev "JEK" rəisinin müavini olaraq əksər işçilərə münasibətdə belə qaba, ağzı söyüşlüdür. Ona bu ixtiyarı Bərdə şəhər icra başçısı Vidadi İsayevin verdiyi iddia olunur. İcra başçısının "sağ əli" kimi tanınan İldırım Quliyev ona güvənərək hamıya rüzgar əsdirir, hamını aşağılayır, hədələyir. Sanki İldırım Quliyev böyük vəzifə sahibidir. Yaxşı ki, daha yüksək postda deyil. Hələ "JEK"də rəis müavinidir və belə göylə gedir, rayona rəhbərlik etsəydi, nə olardı?! Ona görə də artıq bu şəxsi durdurmaq üçün Bərdədən müraciətlər edilməkdədir. Ondan şikayətçi olan kollektiv və yerli camaat icra başçısının harınlamış adamının" qaz"ının alınmasını istəyirlər. Bu məqsədlə Prezident Administrasiyasının Bərdə üzrə kuratoruna, regionlarla iş üzrə şöbə müdirinə müraciət edilib. Bildirilir ki, bu şəxs barəsində ölçü götürülməlidir!
Anaxeber.info
İcra başçısı Vidadi İsayevin " Qəmlo" su Bərdədə "qan uddurur" - Söyüş, təhqir, zorakılıq və nələr/ VIDEO
26
fevral
13:29
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Suriya AYAĞA qalxdı, minlərlə insan MEYDANLARA axışdı - Colani administrasiyasına ETİRAZ/VİDEO
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Kommunal işçiləri onu bələdiyyə seçməyə MƏCBUR EDİLİR – İDDİA
Medianın İnkişafı Agentliyi daha bir saytın bloklanmasını istəyir - MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI