Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan, daha sonra dünyasını dəyişən 30 yaşlı Nəzrin Mansurovanın həkimi ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Son günlərdə gənc Nəzrinin estetik əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı hadisə cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Hadisə zamanı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev ciddi ittihamlarla qarşı-qarşıyadır.
Nəzrinin əməliyyatdan sonra kritik vəziyyətə düşdüyü bir dövrdə, iddialara görə, Sənan Mehdiyev nə ailəyə lazımi dəstək göstərib, nə də məsuliyyətini qəbul edib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Eldar Rəsulov paylaşım edib. Əksinə, həkim sosial mediada özünü müdafiə etməyə üstünlük verib. Pasientinin vəziyyətini və ölüm səbəbini araşdırmaq əvəzinə, yalnız öz fəaliyyətini bəraətləndirmək cəhdləri ilə diqqət çəkib.
İddialara görə, Nəzrinin ölümü əməliyyat zamanı baş verən səhvdən çox, əməliyyatdan sonrakı səhlənkarlığın nəticəsidir. Ailənin və yaxınlarının dediyinə əsasən, lazımi tibbi nəzarət göstərilməməsi və vəziyyətin ciddi qəbul edilməməsi faciəvi sonluğa gətirib çıxarıb.
Bu hadisə ilə bağlı narahatlıq doğuran daha bir məqam isə Sənan Mehdiyevin adı ətrafında əvvəllər də oxşar iddiaların səslənmiş olmasıdır. Bildirilir ki, 2015-ci ildə onun digər bir pasienti də oxşar şəkildə həyatını itirib. Hətta ört-basdır olunmuş digər hadisələrin də olduğu qeyd edilir.
Eldar Rəsulov qeyd edir ki, Nəzrinin ailəsinin möcüzə gözlədiyi ilk günlərdə, Sənan Mehdiyev artıq bəzi televiziya kanallarına açıqlama vermiş, vəziyyəti öz baxış bucağından izah etməyə çalışmışdı. Ailə və ictimaiyyət isə şəffaf araşdırma və ədalət tələb edir.
Bu hadisə təkcə bir ailənin faciəsi deyil, həm də səhiyyə sistemində cavabdehlik və şəffaflıq məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. İctimaiyyət bu kimi hadisələrin bir daha baş verməməsi üçün ciddi tədbirlərin görülməsini tələb edir.
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
14
yanvar
01:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Daha bir estetik əməliyyat FACİƏSİ: Baş həkim həmkarının burnunu TANINMAZ HALA saldı - FOTO
Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO
Tibbi arayış almaq niyə bu qədər ÇƏTİNDİR? - Poliklinikadan REPORTAJ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI