Azərbaycanda bu il ət və ət məhsullarının qiymətində artım baş verib.
Kainat.tv xəbər verir ki, 2024-cü ilin geridə qalan dövrü ərzində mal, qoyun, toyuq ətləri və onların hissələrinin qiymətində fərqlər görünür.
Ən çox qiymət artımı mal və qoyun ətində qeydə alınıb.
Bu ilin yanvarında mal ətinin bir kiloqramının orta qiyməti 13,5 manat idi. Amma noyabrın sonunda orta qiymət 14,5 manatı ötüb.
Qoyun ətinin qiymətində də ciddi fərq var. İlin əvvəlində bir kiloqramı orta hesabla 16 manat olan qoyun əti dekabrın əvvəlində 18 manata satılıb.
Qeyd edək ki, həm mal, həm də qoyun ətlərində çeşidə görə qiymət fərqi böyükdür. Belə ki, cavan və erkək heyvanların ətləri daha baha satılır. Əhali arasında da belə heyvanların ətinə tələb daha böyükdür. Dekabrın əvvəlində cavan və erkək iribuynuzlu heyvanın ətinin qiyməti 15,5-16 manat, quzu ətinin qiyməti isə 20 manat olub.
Mal və qoyun ətinin bahalaşması əhalidə toyuq ətinə tələbi artırıb. Buna görə də 2024-cü ildə toyuq əti də bahalaşıb. İlin əvvəlində kiloqramının qiyməti orta hesabla 5,8 manat olan toyuq əti dekabrın əvvəlində 6,1 manata satılıb. Müqayisə edilən dövrdə toyuq filesinin qiyməti 8,9 manatdan 9,2 manata, toyuq budunun qiyməti 4,6 manatdan 4,8 manata yüksəlib.
Dekabrdakı ilkin qiymət müşahidələri göstərir ki, mal, qoyun və toyuq ətinin qiymətində artım ilin sonuncu ayında da davam edəcək.Dekabrın bayram ayı olması da qiymətlərin artmasını bir qədər gücləndirəcək. //Sfera.az
Azərbaycanda mal, qoyun, toyuq ətləri BAHALAŞDI - YENİ QİYMƏTLƏR
14
dekabr
14:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI