Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev və Odessa şəhərlərinə raket zərbələri endirib.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, paytaxt Kiyevdə ard-arda şiddətli partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb.

Məlumata görə, Kiyev şəhərinin meri Vitali Kliçko sakinlərə müraciət edərək onları sığınacaqlarda qalmağa çağırıb.

"Şəhərdə partlayışlar baş verir. Paytaxtda HHM qüvvələri çalışır. Sığınacaqlarda qalın", - deyə mer sosial şəbəkə hesabında bildirib.

Monitorinq qruplarının yaydığı məlumata əsasən, Rusiyanın Kiyev istiqamətinə ən azı 10 ballistik raket və "Sirkon" tipli raketlər buraxdığı təsbit edilib.

Hücum zamanı Odessa şəhəri də hədəf alınıb. Mülki infrastruktura zərər dəydiyi və ən azı bir nəfərin yaralandığı bildirilir.