Regionda gərginliyi pik həddə çatdıracaq növbəti hərbi zərbə barədə rəsmi açıqlama yayılıb.

Kainat.tv xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq, "Amazon" şirkətinə məxsus Bəhreyndəki böyük data-mərkəz binasının tamamilə məhv edildiyini elan edib.

SEPAH-ın rəsmi açıqlamasında bu mərkəzin sıradan çıxarılmasının səbəbi kimi, onun "ABŞ ordusunun uşaqların öldürülməsinə yönəlmiş məlumat bazasının yenilənməsində əsas rol oynaması" göstərilib.

Məlumatda vurğulanır ki, "Nəsr-2" əməliyyatının 27-ci dalğası zamanı iranlı hərbçilər Amerika şirkətinə məxsus məlumatların işlənməsi mərkəzinə qarşı əvvəlki əməliyyatı uğurla tamamlayaraq, kompleksin yerdə qalan sonuncu binasını da hücumla yerlə-yeksan ediblər. //Musavat.com