İran Prezidenti Məsud Pezeşkian ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğu barədə həyəcan təbili çalıb.
O, Məhkəmə Hakimiyyəti Şurasının iclasında çıxışı zamanı deyib ki, iqtisadiyyat hərbi hücumlardan sonra ölkənin əsas döyüş meydanına çevrilib.
Onun sözlərinə görə, İran tammiqyaslı müharibə ilə üz-üzədir:
“İqtisadi təzyiqin artması və insanların dolanışıq şəraitinin pisləşməsi ictimai narazılığı gücləndirə və xalqın dəstəyini zəiflədə bilər”.
Pezeşkian bu açıqlaması ilə nəyə işarə edir?
Siyasi şərhçi Azər Qasımov bildirib ki, Pezeşkian həmin bəyanatı ilə xalqın ölkə daxilində narazılığının artan templə getdiyinə işarə vurub:
İran iqtisadiyyatı müharibədən öncə də çətin durumda idi. İqtisadiyyatın indiki müharibə dövründə daha da pisləşəcəyi isə təbiidir. ABŞ-nin zərbələri istər enerji, istərsə də hərbi və mülki obyektlərə dağıdıcı təsir edir. Bütün iqtisadiyyat məhv edilir. Bu durumda vəziyyətin daha da pisləşəcəyi gözləniləndir. Dağılmış iqtisadiyyatın bərpası üçün isə həm illər lazımdır, həm də bu, indiki durumda əldə edilməsi çətin olan külli miqdarda vəsait tələb edir. Xalqın narazılığının getdikcə artacağı ehtimalı böyükdür. İqtisadi çətinlik, elektrik enerji istehsalı obyektlərinin, içməli su anbarlarının vurulması əhalini hakimiyyətə qarşı qaldıra bilər”.
Ekspertə görə, Pezeşkian bu açıqlaması ilə hakimiyyəti hər şeyə hazır olmağa çağırır.
A. Qasımov hesab edir ki, İran üçün çətin günlər bundan sonra başlayacaq:
“Müharibə davam edəcəksə, bu, daha çox vəsait tələb edəcək. ABŞ isə istədiyini əldə etməsə, zərbələri davam etdirəcək, bəlli aralıqlarla olsa belə. Bu, İran hakimiyyətinin işini də çətinləşdirir. Yəni ABŞ-nin istədiklərini verməsə Vaşinqton, versə xalq hakimiyyəti bağışlamayacaq. ABŞ-nin istədiyini edəcəklərsə, onda bu miqyasda dağıntıya nə ehtiyac olduğunun hesabı mütləq xalq tərəfindən sorulacaq”. \bakupost.az
İran üçün ÇƏTİN GÜNLƏR başlayır: Rejim ABŞ ilə xalq arasında QALIB
22
iyul
16:52
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda mühüm TƏDBİR: İlham Əliyev ÇIXIŞ ETDİ - VİDEO/YENİLƏNDİ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Qlobal iqtisadiyyatın "QİYAMƏT GÜNÜ" sürətlə yaxınlaşır: Dünya tarixinin ƏN QORXUNC BÖHRAN DÖVRÜ uzaqda deyil
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ