Bu gün Milli Onkologiya Mərkəzində partlayış baş verib.
Kainat.tv Bizimesr.az-a istinadən bildirir ki, partlayış Mərkəzdəki otaqların birində baş verib. Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim isə xəsarət alıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Hazırda faktla bağlı araşdırma aparılır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Mübariz Əliyev intihara cəhd edib və nəticədə həyatını itirib. Partlayışın necə, nədən və hansı şəraitdə baş verdiyi açıqlanmır. Sosial mediada yayılan xəbərlərə görə, həlak olan şəxs Qarabağ müharibəsində iştirak edib.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzi Azərbaycanda onkoloji xəstələrin müalicə aldığı əsas tibb ocaqlarından biridir. Bu Mərkəz ən müasir avadanlıqlarla təchiz olunub və akademik Cəmil Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir. Bu müddət ərzində Cəmil Əliyevin həyata keçirdiyi islahatlar, xəstələrə göstərilən həssaslıq və diqqət xüsusi vurğulanmalıdır.
Lakin MOM-da onun fəaliyyətinə kölgə salan hərəkətlərə yol verən, idarəçilikdə ciddi qüsurlar buraxan vəzifəli şəxslər də az deyil. Məlumata görə, onlardan biri də Milli Onkologiya Mərkəzinin Baş direktor müavini, deputat Kəmaləddin Qafarovdur. Bu illər ərzində Kamaləddin Qafarovun fəaliyyəti akademik Cəmil Əliyrvin gördüyü işlərə ciddi zərbə vurub. Elə bunun nəticəsidir ki, bu gün MOM-da baş verən hadisə Qafarovun buraxdığı boşluqlara diqqəti cəlb edir. Üstəlik, bu hadisəyə qədər də Mərkəzdən cidd narazılıqların olduğuna dair dəfələrlə şikayətlər mətbuatda işıqlandırılıb. Yəni MOM direktorunun gördüyü müsbət işlər müavin tərəfindən mənfiyə çevrilib.
Ümumiyyətlə, Kəmaləddin Qafarovun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər təsadüfi deyil. Onun Milli Onkologiya Mərkəzində direktor müavini kimi fəaliyyətindən əlavə, bu tibb ocağında idarəçilikdə aparıcı şəxs olması məsuliyyətini ikiqat artırır. Mətbuatda gedən xəbərlərdə də deyilir ki, Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzindəki qaydaları, narazılıqları aradan qaldırmaq üçün çalışmaq əvəzinə, dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur.
Bütün fəaliyyətini biznesə yönəldən Qafarov görünür, Mərkəzin fəaliyyətinə, oradakı problemlərə lazımi vaxt ayıra bilməyib. Nəticədə belə faciə baş verib. Görünür ki, Cəmil Əliyevin idarəçilikdə əsaslı islahatlar aparmasına zərurət yaranıb.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Kəmaləddin Qafarovun "onkoloji bazarı" PARTLADI - Deputat buna nə deyəcək?
01
may
08:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bir ildə 67 milyonluq tender udan “LAL” deputat - ARAŞDIRMA
Dövlət laboratoriyalarında milyonluq KORRUPSİYA SXEMİ - Mexanizm İFŞA OLUNUR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Kəmaləddin Qafarov körpələrə QƏNİM KƏSİLİB? - Xərçəng və DƏRMAN TƏXRİBATI
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI