İranda hakimiyyət tədricən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərlərinin əlində cəmləşdi.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran rəsmilərinə istinadla məlumat yayıb.
"Artıq İranın hakimiyyətin zirvəsində tək və mübahisəsiz dini arbitri yoxdur. Müharibənin ilk günündə Ayətullah Əli Xameneyinin aradan qaldırılması və onun yaralı oğlu Müctəbanın yüksəlişi SEPAH komandirlərinin üstünlük təşkil etdiyi yeni düzənin qurulmasına səbəb oldu", - agentliyin məlumatında deyilir:
Xəbər müəllifləri qeyd ediblər ki, Müctəba Xameneyi hələ də sistemin başında dayanır, lakin onun rolu əsasən generalların qəbul etdiyi qərarları qanuniləşdirməkdən ibarətdir:
"İranlı rəsmilərin və analitiklərin fikrincə, ölkədə hakimiyyət getdikcə daha dar və mühafizəkar dairədə toplandı. Bura Milli Təhlükəsizlik Ali Şurasının üzvləri, ali rəhbərin aparatı və artıq həm hərbi strategiyada, həm də əsas siyasi qərarların qəbulunda dominantlıq edən SEPAH daxildir. Belə ki, ABŞ ilə danışıqlarda İranın diplomatik nümayəndələri qismində xarici işlər naziri Abbas Əraqçı və parlamentin spikeri (SEPAH-ın keçmiş komandiri) Məhəmməd-Baqer Qalibaf çıxış etdilər. Əsas danışıq aparan şəxs İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidi oldu. Atəşkəsin elan edildiyi gecə danışıqlarda məhz o iştirak etdi".
İranda hakimiyyət SEPAH-ın əlinə keçdi - ŞOK İDDİA
29
aprel
09:34
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu artıq MÜHARİBƏ DEYİL: Yaxın Şərq yenidən BÖLÜNÜR - Azərbaycan üçün yaranan YENİ MƏNZƏRƏ
2025-lə bağlı ŞOK GÖZLƏNTİ - Dünyada və ölkəmizdə...
ABŞ-nin terrorun baş sponsoru saydığı İran – regional, qlobal təhlükə mənbəyi - ŞƏRH
İranda hakimiyyət mexanizmi NECƏ İŞLƏYİR? – Ali lider, Məclisi-Xubreqan və SEPAH-ın REAL ÇƏKİSİ
SON DƏQİQƏ! İran bu xəbərlə ÇALXALANIR - Gizli qərar verildi, Xameneinin varisi...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI