Sumqayıt şəhərində yerləşən 1 saylı xəstəxanada ciddi sanitar problemlər yaşanıb.
Kainat.tv bildirir ki, Bizimesr.com-a daxil olan məlumata görə, xəstəxananın birinci mərtəbəsini kanalizasiya suyu basıb və bu vəziyyət günlərlə deyil, həftələrlə davam edir. Məsələ ilə bağlı görüntülər xəstəxana əməkdaşlarından biri tərəfindən lentə alınıb.
İddialara görə, xüsusilə işçilərin geyinmə otağı tamamilə yararsız hala düşüb. Şkafların kanalizasiya suyunun içində qaldığı bildirilir. Əməkdaşın sözlərinə görə, problemə müdaxilə edilmir və vəziyyət getdikcə ağırlaşır:
“Bura işçilərin geyinmə otağıdır. Şkafların hamısı suyun içindədir. Nə suyu çəkirlər, nə də tədbir görən var. Artıq bir həftədir vəziyyət dəyişmir”. Bildirilib ki, yaranmış nəmişlik və qoxu həm işçilər, həm də xəstələr üçün ciddi risk yaradır və bu hal xəstəxanada anti-sanitar mühit formalaşdırır.
Əməkdaş əlavə edib ki, bu hal ilk dəfə baş vermir. Onun sözlərinə görə, son iki ildə oxşar hadisə mütəmadi şəkildə təkrarlanır: “İldə 2-3 dəfə bu vəziyyətlə üzləşirik”.
Qeyd edək ki, xəstəxananın uzun illər baş həkimi olmuş Mətləb Musayev bu ilin yanvar ayında vəzifəsindən azad edilib.
Sumqayıtda 1 saylı xəstəxana kanalizasiya suyunda "BOĞULDU"
28
aprel
10:07
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI