Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Azəraqrar Dövlət İstehsalat və Emal Birliyində rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında müzakirələr səngimir.
Kainat.tv bildirir ki, Biziməsr.com-un əldə etdiyi məlumata görə, hazırda quruma rəhbərlik edən Hikmət Hüseynovun dövründə geniş kadr dəyişikliklərinə hazırlıq gedir. İddialara əsasən, yaxın günlərdə başlanacağı gözlənilən bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə, əsasən yeyinti faktları ilə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifələrə qaytarılması nəzərdən keçirilir.
Məlumatda bildirilir ki, vəzifəyə gətiriləcəyi iddia olunan şəxslər arasında əvvəllər korrupsiya faktları ilə bağlı cinayət işi açıldığı və bu səbəbdən vəzifəsindən uzaqlaşdırıldığı deyilən keçmiş direktor Çərkəz Şirinov, eləcə də dövlətə məxsus buğda məhsullarının mənimsənilməsi iddiası ilə işdən çıxarıldığı qeyd olunan Mirağa Kazımovun adı keçir.
İddialara görə, Çərkəz Şirinovun “Azəraqrar”ın Şərqi Zəngəzur Regional İdarəsində, Mirağa Kazımovun isə Mərkəzi Aran Regional İdarəsində rəhbər vəzifələrdən birinə təyin olunması gözlənilir.
Mənbə iddia edir ki, bu proseslərə qurum rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən direktor müavinləri Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanov tərəfindən rəhbərlik olunur.
Bundan əvvəl yerli mediada yayılan məlumatlarda Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanovun Hikmət Hüseynov üzərində təsir imkanlarına malik olduqları iddia edilirdi. Həmin iddialarda onların müxtəlif əlaqələr vasitəsilə rəhbərliyə təsir göstərdikləri də qeyd olunurdu. Adıçəkilən şəxslərlə bağlı mümkün kadr təyinatları üzrə ilkin danışıqların əsasən Həsən Abdullayev tərəfindən aparıldığı bildirilir.
Məlumata görə, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazirin hərbi xidmətdə komandiri olması səbəbilə Məcnun Məmmədova yaxın olduqlarını tez-tez Hikmət Hüseynova xatırladaraq onu təsirləri altında saxladıqları iddia olunur.
Qeyd olunan bütün məlumatlar iddia xarakterlidir və rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
KTN-də BİABIRÇI “İSLAHATLAR” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən VƏZİFƏYƏ GƏTİRİLİR
25
aprel
11:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı
“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” – “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI