Yardımlı şəhərində yeni Avtostansiya ən müasir tələblər səviyyəsində tikilib.
AYNA – nın sədri cənab Anar Rzayevin sifarişi əsasında tikilən Avtostansiya kompleksinin ümumi ərazisi geniş, müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə standartlara uyğun inşa edilmişdir.
Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Yardımlı rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.
Avtostansiyada sərnişinlərin rahatlığını təmin etmək üçün perron, gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi və aftoyuma məntəqəsi ilə bərabər taksi duracağı üçün açıq bokslar tikilib.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtostansiya kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.
Cənab Nazir Rəşad Nəbiyev Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, doğma Yardımlımızın gələcək inkişafı naminə gördüyünüz misilsiz işlərinizdə uğurlar arzulayırıq”.
AYNA nın sədri cənab Anar Rzayev siz bu gün bizlərin öz keçmişinə unudulmaz gün əlavə etdiniz. Bu günü bizlərə bəxş etdiyiniz üçün sizə Yardımlı Ziyalılar ürək dolusu minnətdardır.
Bir daha Sizə könül dolusu minnətdarlığımızı yetirir, şərəfli işinizdə uğurlar diləyirik.
Hörmətlə: Yardımlı rayon Şəhid ataları və Ağsaqqal Ziyalıları.
