Paytaxtın Nərimanov rayonunda, Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib.
Kainat.tv Bizimesr.az-a istinadən bildirir ki, ağaclar Nərimanov rayon bələdiyyəsi tərəfindən kəsilib. Əsas olaraq göstərilib ki, ağaclar quruduğu üçün kəsilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bizimesr.az qeyd edir ki, ərazidə yaşayan sakinlər iddia edir ki, bu ağaclar quru olmayıb və hansısa məqsədlər üçün kəsilib.
Maraqlıdır ki, kəsilən ağaclarla bağlı Nərimanov rayon icra başçısı Elgin Həbibullayev və rayon bələdiyyəsinin rəhbərliyi məsələ ilə bağlı açıqlama vermək istəmir.
Ümumiyyətlə, icra başçısı Elgin Həbibullayevin Nərimanov rayonundan xəbərsiz olduğu deyilir. Eyni zamanda Bakı meri Eldar Əzizovun qoruması altında olduğu üçün belə hallardan heç də narahat olmur.