Paytaxt Bakıda və regionlarda yaşıllıqlara qarşı vandalizm səngimir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son açıqlaması göstərir ki, cəmi bir həftə ərzində Bakıdan Oğuza qədər uzanan ərazilərdə ağaclar kütləvi şəkildə qanunsuz kəsilib, nəticədə təbiətə yüz minlərlə manatlıq ziyan vurulub.
Kainat.tv Musavat.com-a istinadla xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Qax və Oğuz rayonlarında ciddi qanun pozuntuları aşkarlanıb.
Araşdırmalar zamanı Bakının Nizami, Səbail və Yasamal rayonlarında, Sumqayıt şəhərində, Abşeronun Masazır kəndində, həmçinin Qaxın Qazmalar və Tasmalı kəndləri ətrafında, Oğuzun Filfilli və Yaqublu kəndləri yaxınlığında ağacların qanunsuz kəsildiyi müəyyən olunub. Rəqəmlər isə vəziyyətin miqyasını açıq göstərir. Təkcə son bir həftədə yaşıllıqlara vurulan ziyanın məbləği 133 min 140 manat olub. Bu, şəhərlərin və kəndlərin nəfəsinin kəsilməsi, ekoloji tarazlığın pozulması deməkdir.
Xidmətdən bildirilib ki, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün artıq hüquq-mühafizə orqanlarına göndərilib. Təbiətə qarşı bu münasibət davam edərsə, yaxın illərdə bunun acı nəticələrini cəmiyyət olaraq hamımız hiss edəcəyik.
Ekoloji terrorun HESABI - 1 həftədə 133 min manatlıq CƏRİMƏ YAZILDI
18
aprel
08:33
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI