TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın sabiq əməkdaşı, Maliyyə şöbəsinin Büdcə Planlaması Bölməsinin müdiri olmuş Eyyubov Mustafa müəssisədən qanunsuz şəkildə işdən azad edildiyini bildirib.
Kainat.tv xəbər verir ki, bununla bağlı Mustafa Eyyubov Müşahidə Şurasına və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət edib.O, müraciətinə cavab verən qurumların və TƏBİB-in İnsan Resursları Departamentinin rəhbərliyini normativ tələbləri pozmaqda ittiham edir.
Müraciətdə qeyd olunur ki, Mustafa Eyyubov 11 sentyabr 2025-ci ildə rəhbərlik tərəfindən “TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun tapşırığı” əsasında işdən azad ediləcəyi barədə məlumatlandırılıb. Onun sözlərinə görə, o, məcburi şəkildə ərizə yazdırılaraq vəzifədən uzaqlaşdırılıb, lakin eyni göstərişin verildiyi Maliyyə şöbəsinin müdiri Orxan Bahadurzadə işinə davam edib.
Keçmiş şöbə müdiri bildirir ki, məsələni öyrənmək üçün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla dəfələrlə görüşmək istəsə də, qəbul prosesi müxtəlif bəhanələrlə gecikdirilib. Onun iddiasına görə, TƏBİB-in Vətəndaş Qəbulu şöbəsinin rəhbərliyi şəhid və qazi ailələri adından sui-istifadə edərək görüşün qarşısını alıb. Yalnız Müşahidə Şurasının sədri Zaur Əliyevin tapşırığından sonra Qurbanov onu qəbul edib. Lakin görüş zamanı Qurbanov iddiaya zidd olaraq “işdən azad edilməsi barədə heç bir tapşırıq vermədiyini” bildirib və məsuliyyəti əvvəlki rəhbər işçi Barat Yusubovun üzərinə qoyub.
Mustafa Eyyubov TƏBİB-in İnsan Resursları Departamentinin müdiri Emin Xasıyevin də davranışından narazılıq edir. O, iddia edir ki, Emin Xasıyev rəsmi qaydalara uyğun deyil, şəxsi mövqeyinə əsaslanan cavablar verərək məsələnin araşdırılmasına mane olub.
Şikayətçi əlavə edir ki, Müşahidə Şurası sədrinə və üzvü Nigar Bayramovaya ünvanladığı müraciətə cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları məktubun “Agentliyin səlahiyyətində olmadığı” cavabını göndəriblər. O isə bu yanaşmanın Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiqlənmiş TƏBİB Nizamnaməsinə zidd olduğunu deyir.
Eyyubov hesab edir ki, məsələ birbaşa TƏBİB-in Müşahidə Şurasının səlahiyyətinə daxildir. O, həm Yeni Klinikaya, həm də Səhiyyə İşçiləri Həmkarlar İttifaqına ünvanladığı müraciətlərə yalnız şablon və formal cavablar aldığını, Həmkarlar İttifaqının sədri Elnarə Muradovanın isə “səlahiyyət xaricindədir” cavabı verdiyini bildirir.
Keçmiş şöbə müdiri məsələ ilə bağlı aidiyyəti qurumlardan müdaxilə, işdən azad edilməsinin səbəblərinin araşdırılması, hüquqlarının bərpası və əməkhaqqının ödənilməsi istiqamətində tədbir görülməsini tələb edir. //Nocomment.az
Yeni Klinikada böyük QALMAQAL - Bölmə müdiri məcburi İŞDƏN ÇIXARILDI – Vüqar Qurbanov “BOYNUNDAN ATIB”
14
aprel
12:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Sahil Babayev TƏBİB və İTS-də bu pozuntuların izinə düşüb
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI