Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Müsəvi küçəsində tikiliyə edilən əlavə artırmalar sakinlərin narazılığına səbəb olub.
Kainat.tv xəbər verir ki, Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, son illər Qaradağ rayonunda qanunsuz tikililərin, tikililərə edilən əlavələrin sayı durmadan artır. Hazırda sakinlərin narazılığına səbəb olan tikinti də Lökbatan qəsəbəsinin Müsəvi küçəsinda aparılır. Sözügedən küçə Qaradağ rayonunun əsas yaşayış və infrastruktur məntəqələrindən biridir.
Sakinlər bildirib ki, kor-koranə, nizam-intizamsız aparılan bu cür tikintilərə indi də əlavə artırmalar edilir. Halbuki bu cür artırmalar layihədən kənar hesab edildiyi üçün qanunsuz hesab edilir. Uzun müddətdir ki, fəaliyyət göstərən obyektin üstünə indi edilən artırma da layihədən kənardır.
Çünki əlavə mərtəbənin tikintisi üçün təkrar təsdiq lazımdır. Əgər bu təsdiq yoxdursa, icazəsiz artırma qanunsuz tikinti hesab edilir. Bu da qanun pozuntusudur.
Sakinlər bildirib ki, bu cür tikintilər Qaradağ rayonunda son illər daha da artıb. İcazəsiz tikililər və onlara edilən əlavələr sakinləri narahat edir və bununla bağlı aidiyyəti oqanların addım atmasını tələb edilər.
Qarşı tərəfi dinləməyə hazırıq.
Qaradağda başdı-başın SAXLASINDIR - Belə tikililərlə KİM və HANSI SƏNƏDLƏ icazə verir? - FOTOFAKT
14
aprel
10:23
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI