Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində günlərdir yaranmış su basma problemi hələ də aradan qaldırılmayıb. Təxminən bir həftə əvvəl yağan güclü yağışların fəsadları bu günə qədər qalmaqda davam edir.
Kainat.tv xəbər verir ki, sakinlərin Bizimesr.az-a bildirdiyinə görə, küçədə hərəkət etmək demək olar ki, mümkünsüz hala gəlib. Problemin həlli üçün aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, indiyədək heç bir konkret tədbir görülməyib.
Vətəndaşların sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinə edilən müraciətlər zamanı onlara ADSEA-ya müraciət etmələri tövsiyə olunur. ADSEA isə öz növbəsində məsuliyyətin Fövqəladə Hallar Nazirliyinə aid olduğunu bildirir. Nəticədə isə qurumlar arasında yönləndirilən sakinlər problemin həllini gözləməkdə davam edirlər.
Hazırda ərazi sakinləri gündəlik həyatlarında ciddi çətinliklərlə üzləşirlər. Küçədə suyun qalması nəqliyyatın hərəkətinə, həmçinin insanların evlərinə giriş-çıxışına mane olur.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyətinin yaydığı məlumatlarda rayon ərazisində problemlərin aradan qaldırıldığı, küçələrin sudan təmizləndiyi bildirilsə də, Masazır qəsəbəsinin sözügedən ərazisində vəziyyət bunun əksini göstərir.
Masazırda bu küçə günlərdir SU ALTINDA QALIB - Aidiyyatı qurumlar KÖMƏK ETMİR
10
aprel
08:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI