Son günlərdə paytaxt Bakıda və Abşeron yarımadasında, xüsusilə də Sumqayıtda müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun ən zəif bəndlərini bir daha üzə çıxardı. Yağış sularının idarə olunmasındakı çatışmazlıqlar nəticəsində kanalizasiya və kollektor sistemləri həddindən artıq dolaraq daşır, çirkab suları küçələrə, həyətlərə və zirzəmilərə axır. İri şəhərlərdə müşahidə olunan bu mənzərə təkcə hərəkət məhdudiyyəti və maddi ziyanla bitmir, həm də əhalinin sağlamlığı üçün ciddi təhdid formalaşdırır.
Kainat.tv xəbər verir ki, məsələ ilə bağlı danışan professor Adil Qeybulla qeyd edib ki, bu cür daşmalar birbaşa infeksiya mənbəyidir və epidemioloji riskləri kəskin artırır: “Kanalizasiya sularının səthə çıxması və yaşayış sahələrinə yayılması antisanitariya vəziyyətini idarəolunmaz həddə çatdırır. Bu suların tərkibində külli miqdarda bağırsaq çöpləri, müxtəlif parazit yumurtaları və ağır infeksion xəstəliklərin törədiciləri olur. İnsanlar həmin çirkli sularla təmasda olduqda, yaxud bu sular quruduqdan sonra toz vasitəsilə havaya qalxan mikrobları tənəffüs etdikdə kütləvi yoluxmalar baş verə bilər”.
Onun sözlərinə görə, xüsusilə rütubətli və isti hava şəraitində bu təhlükə daha da aktuallaşır: “Açıq sahələrə axan çirkab suları dizenteriya, hepatit A, qarın yatalağı və müxtəlif dəri xəstəlikləri üçün münbit şərait yaradır. Yağış suları ilə qarışan kanalizasiya suları həm də zirzəmilərdə toplanaraq binanın sanitar vəziyyətini korlayır və zərərvericilərin çoxalmasına səbəb olur. Bu, lokal bir narahatlıq deyil, kütləvi epidemioloji gərginliyə yol aça biləcek bir vəziyyətdir. Aidiyyəti qurumlar həm infrastrukturun təmizlənməsi, həm də su çəkildikdən sonra həmin ərazilərin peşəkar şəkildə dezinfeksiya edilməsi istiqamətində təcili tədbirlər görməlidir”. /Nocomment
ŞOK! Yağışdan sonra bu xəstəliklər YAYILA BİLƏR – Kanalizasiya TƏHLÜKƏSİ
08
aprel
14:48
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? -BU DA FAKT!/FOTO
Aydın Məmmədov: “Adil Qeybulla bizdən üzr istəməlidir" - QALMAQAL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI