Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi 112 ünvanda yerləşən və göydələnə yapışdırılaraq tikilmiş beşmərtəbəli qeyri-yaşayış binası barədə məlumat vermişdik…
Məlum olur ki, sosial mediada bu bina barədə tənqidlər səsləndirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti dərhal məlumat yayıb ki, həmin bina guya hələ Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan əvvəl- 2004-2005-ci illərdə “Səbinə” MTK tərəfindən tikilib.
“…Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binası barədə bildiririk ki, sözügedən tikililər “Səbinə” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə inşa edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir”.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə FHN- nin mətbuat xidmətinin bu məlumatının yalan olduğunu üzə çıxarıb və özünün fb səhifəsində bu barədə yazıb, sübutlar təqdim edib.
“Mətbuat da FHN-in bu yalanını araşdırmadan olduğu kimi yayıb. Yalan olan nədir? Əvvəla sözügedən binanı “Səbinə” MTK yox, “Borçalı” MTK tikib. İkincisi, qeyd olunan ünvan azdırıcıdır və sözügedən binaya aid deyil.
Sizə heç uzağa getmədən google-map-dan skrin elədiyim şəkli paylaşıram. Hazırda “Azərkreditinvest”in yerləşdiyi pərçimlənmiş binanın ünvanı Fətəli xan Xoyski 108b-dir. FHN “boynundan atdığı” binanın ünvanının 112 olduğunu deyir, hansı ki, ilk mərtəbəsində “Yaşam” klinikası yerləşir və arxa tərəfdə qalır. “Səbinə” MTK-nın tikdiyi binanın ünvanı isə 118-dir, daha aralıdır.
Üstəlik, sonuncu şəkildə alqı-satqı elanında həmin binada satılan mənzillə bağlı məlumatda mənzilin kupçalı olduğu haqda məlumat qeyd olunur. Bu necə istismara hazırlıq aktı rəsmiləşdirilməmiş binadır ki, ordakı mənzillərə kupça verilib, hətta həmin binadan dövlət hərracı yolu ilə yarım milyon manata mənzil satışa çıxarılır?! Ünvan yalan, tikən şirkətin adı azdırıcı, binaya istismara hazırlıq aktı verilməməsi ilə bağlı məlumat həqiqətdən uzaq… Yəni, bir dövlət qurumu yaxasını kənara çəkmək üçün necə bu boyda yalan uydura bilər?!”.
Bakıda göydələnə pərçimlənmiş BEŞMƏRTƏBƏ... - FHN-nin yalanı ÜZƏ ÇIXDI
08
aprel
14:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
Dördmərtəbəli evin BEŞİNCİ MƏRTƏBƏSİ – Elşad Həsənov "ROMANTİKASI"nın səbəbi nə? / FOTOFAKT
Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI