Ağ Ev rəhbəri tərəflər arasında ikitərəfli atəşkəsə razılıq verdiyini bildirərək, Amerika hərbçilərinin qarşıya qoyulan bütün hədəflərə artıq nail olduğunu, hətta onları üstələdiyini vurğulayıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Tramp İrandan 10 bənddən ibarət təklif aldıqlarını və bunu danışıqlar üçün işlək baza hesab etdiklərini qeyd edib.
Prezidentin sözlərinə görə, ABŞ və İran arasında keçmiş fikir ayrılıqlarının demək olar ki, hamısı razılaşdırılıb, bu iki həftəlik müddət isə sazişin tam yekunlaşdırılmasına imkan verəcək. Tramp həm ABŞ, həm də Yaxın Şərq ölkələri adından bu uzunmüddətli problemin həllinə yaxın olmaqdan şərəf duyduğunu bildirib.