Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi 15 ünvanında - “Zorge parkı”nın içində aparılan tikinti artıq açıq-aşkar suallar doğurur. Söhbət hansısa xırda uyğunsuzluqdan yox, göz qabağında olan ciddi fərqdən gedir.
Rəsmi qurumlar deyir ki, guya burada tikilən obyekt zirzəmi və cəmi 1 mərtəbədən ibarət olacaq. Sənədlər də təqdim olunur, hər şey “qaydasındadır”. Amma ortada bir reallıq var: tikinti meydançasına baxan hər kəs görür ki, işlər bununla bitmir. Əsas sual budur – əgər layihə 1 mərtəbədirsə, bəs orada qalxan ikinci mərtəbə nədir?
Bu vəziyyət artıq sadə anlaşılmazlıq kimi görünmür. Ya təqdim olunan sənədlər reallığı əks etdirmir, ya da nəzarət etməli olan qurumlar baş verənlərə göz yumur. Hər iki halda məsələ ciddidir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri bu tikintini görmürmü? Yoxsa görüb susmağa üstünlük verirlər?
Kainat.tv xəbər verir ki, Bizimesr.az-a daxil olan məlumat isə vəziyyəti daha da qəlizləşdirir. Bildirilir ki, burada əslində 2 mərtəbəli, üstəlik mansardlı obyekt tikilir. İddialara görə, obyektin sahibi yüksək vəzifəli şəxslərdən biridir və Bakıda bu tip tikililər onun üçün yeni deyil.
Əgər bu deyilənlər doğrudursa, onda sual daha da sərtləşir - qanun kim üçündür? Çünki ortada sadə bir mənzərə var - sənəddə yazılan başqa, tikilən isə tamam başqadır. Bu isə artıq təkcə bir tikinti məsələsi yox, sistemli problemin növbəti nümunəsi kimi görünür.
“ZORGE PARKI”ndakı 2-ci MƏRTƏBƏ...- Rəsmi qurumlar müdafiə xətti qurub - FOTO
05
aprel
16:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI