Tailandda dizel yanacağının pərakəndə qiymətləri son bir ayda 50%-dən çox artaraq 1,5 dəfədən artıq bahalaşıb.
Kainat.tv xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Banqkokda “Bangchak” enerji şirkətinin yanacaqdoldurma məntəqələrində palma yağı qarışıqlı dizelin qiyməti bir ay ərzində 29,94 batdan (0,92 dollar) 50,59 bata (1,55 dollar) qədər yüksəlib. Son sutkada isə qiymətlər əlavə olaraq 2,8 bat artıb. Premium dizelin qiyməti isə 70,94 bata (2,17 dollar) çatıb.
Bildirilir ki, qiymət artımı dünya bazarında neft və neft məhsullarının qiymətlərindəki dəyişkənlik fonunda subsidiyaların azaldılması qərarı ilə bağlıdır.
Qeyd olunur ki, qazohol və adi benzinin qiymətləri son günlər sabit qalsa da, bir ay ərzində orta hesabla 35-40% artıb. Banqkokdakı yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı müşahidə edilmir.
Yanacaq xərclərinin artması fonunda poçt xidmətləri müvəqqəti olaraq 3 bat (0,09 dollar) əlavə rüsum tətbiq edib. Eyni zamanda, ölkənin Enerji Tənzimləmə Komissiyası may-avqust aylarında elektrik tariflərinin 1,8% artırılacağını açıqlayıb.
Dizel kəskin BAHALAŞDI - Qiymət artımı dünya bazarı ilə ƏLAQƏLƏNDİRİLİR
05
aprel
10:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
YDM-lərdəki qanunsuzluqlar dövlətin DİQQƏTİNDƏ - nəzarət GÜCLƏNDİRİLƏCƏK
58 milyonluq ŞÜBHƏLİ MƏHSUL ortalığı QARIŞDIRDI: Gömrükdən NECƏ KEÇİB?
Kilosu 26 manat olmalıdır, amma 15 manata satılır – Təhlükə siqnalı!
Dünyada ərzaq UCUZLAŞIR, Azərbaycanda isə BAHALAŞIR: Səbəbi NƏDİR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI