Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin yaydığı son məlumat bir daha əvvəlki müzakirələri gündəmə gətirdi - pozuntular var, cərimələr var, amma adlar yoxdur.
Kainat.tv Bizimesr.az-a istinadən bildirir ki, rəsmi açıqlamaya görə, 2026-cı ilin mart ayında 29 yoxlama aparılıb, 26 protokol tərtib olunub və müxtəlif qanun pozuntuları aşkarlanıb. Bu pozuntular arasında lisenziyasız fəaliyyət, sertifikasiyasız tibbi xidmət, hətta mənşəyi məlum olmayan və qeydiyyatdan keçməmiş dərman vasitələrinin dövriyyəsi kimi kifayət qədər ciddi hallar da var. Yəni söhbət sıradan texniki xətalardan yox, insanların sağlamlığına birbaşa risk yaradan fəaliyyətlərdən gedir.
Amma əsas problem başqadır, bu qədər ciddi pozuntular aşkarlanır, lakin həmin pozuntulara yol verən klinikaların, obyektlərin və ya şəxslərin adları açıqlanmır. Yenə yalnız rəqəmlər paylaşılır, ümumi statistika verilir və məsələ bununla yekunlaşır.
Bu yanaşma artıq uzun müddətdir davam edir və tənqid olunur. Çünki ictimaiyyət üçün ən vacib məsələ konkret olaraq hansı klinikanın, hansı həkimin və ya hansı obyektin qanunsuz fəaliyyət göstərdiyini bilməkdir. Əks halda, bu məlumatlar vətəndaş üçün praktik heç bir dəyər daşımır. İnsanlar yenə də bilmədən riskli yerlərə müraciət edə bilər.
Əgər pozuntu təsdiqlənərək protokol tərtib olunubsa və cərimə tətbiq edilibsə, deməli fakt mövcuddur. Belə olan halda adların gizli saxlanması nəyə xidmət edir?
Bu selektiv yanaşma daha çox müəyyən maraqların qorunması təəssüratını yaradır. Çünki cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi obyektlərin adları bilərəkdən açıqlanmır, bəziləri isə zaman-zaman mediaya ötürülür. Nəticədə ortaya belə bir mənzərə çıxır: ciddi qanun pozuntuları var, amma ictimai nəzarət mexanizmi faktiki olaraq işləmir. Çünki məlumat yarımçıq verilir. Statistik açıqlamalar isə problemi gizlətmir, sadəcə detalları örtür.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanovdur.
Analitik Ekspertiza Mərkəzi POZUNTU aşkarlanan klinikaları NECƏ QORUYUR?
04
aprel
15:18
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR ...
"Referans”ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA
Universal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan “Mounjaro” preparatını pasiyentlərində necə istifadə edir? -Videofakt
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI