İranın mühafizəkar deputatı Həmid Rəzai ölkənin keçmiş prezidenti Həsən Ruhani və sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin dərhal həbs olunması üçün məhkəmə orqanlarına rəsmi müraciət edib.
Kainat.tv xəbər verir ki, bu sərt tələb hər iki siyasətçinin ABŞ və İsraillə davam edən müharibənin dayandırılması və deeskalasiya ilə bağlı verdiyi sensasion bəyanatlardan sonra irəli sürülüb. Deputat Rəzai hər iki şəxsi "təslimçilik" və "xəyanət"də ittiham edərək, məhkəmə sistemini onlara qarşı "məhkəmə zərbəsi" endirməyə çağırıb. Münaqişəyə səbəb olan çıxışında Həsən Ruhani müharibənin "ləyaqətli" şəkildə başa çatdırılması üçün diplomatik ssenarilərin hazırlanmasının vacibliyini vurğulayıb.
Eyni zamanda Cavad Zərif nüfuzlu "Foreign Affairs" jurnalı üçün yazdığı məqalədə müharibəni bitirmək üçün konkret yol xəritəsi təqdim edib. Zərifin təklifləri arasında beynəlxalq nəzarət altında limitli uran zənginləşdirilməsi, nüvə silahından rəsmən imtina, iqtisadi sanksiyaların ləğvi və İranla ABŞ arasında "Hücum etməmək haqqında pakt"ın imzalanması kimi bəndlər yer alır. Lakin ölkədəki mühafizəkar düşərgə bu təklifləri ordunun döyüş ruhuna zərbə və "Amerikaya satılmaq" kimi qiymətləndirir.
Hazırda Tehranda bu məsələ ilə bağlı gərginlik pik həddədir və sülh tərəfdarı olan siyasətçilərin həqiqətən də ciddi təzyiqlərlə, hətta həbs təhlükəsi ilə üzləşəcəyi proqnozlaşdırılır. //Musavat.com
Zərifin ABŞ-la GİZLİ PLANI ifşa olundu? – İranda xəyanət İTTİHAMI
04
aprel
14:47
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
84 illik SSENARİ: Xamenei gedir, ölkə BÖLÜNÜR – İranın yeni lideri BU ŞƏXS OLACAQ
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
İranı kim vuracaq: Bayden yoxsa Tramp: NÜVƏ OBYEKTLƏRİNİN BOMBALANACAQ?
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI