Kainat.tv bildirir ki, güclü yağıntılardan sonra binaların zirzəmilərini su basıb. Elektrik sayğacları və paylayıcı avadanlıqlar zirzəmilərdə yerləşdiyindən, su səviyyəsinin qalxması nəticəsində onlar tamamilə suyun altında qalıb. Bu səbəbdən təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilməsi dayandırılıb.
Sakinlər bildirir ki, problem bir neçə gündür davam etsə də, əraziyə hələlik aidiyyəti qurumlar tərəfindən baxış keçirilməyib. Onların sözlərinə görə, zirzəmilərdəki suyun çəkilməsi və elektrik sisteminin bərpası üçün təcili tədbirlərə ehtiyac var.Hazırda binalarda yaşayan ailələr həm işıqsızlıq, həm də zirzəmilərdə toplanan suyun yaratdığı əlavə risklərlə üz-üzə qalıb. //Bizimesr.com