İranın Ali Rəhbərinin xarici siyasət məsələləri üzrə ali müşaviri Əli Əkbər Vilayəti ölkəsinə qarşı davam edən hərbi təcavüzdə iştirak edən bütün tərəfləri sərt şəkildə hədələyib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, İRNA agentliyinin yaydığı məlumata görə, Vilayəti İrana qarşı istənilən hücumun iştirakçıları üçün "bumeranq" effekti verəcəyini və zərbənin mütləq onların özünə qayıdacağını bildirib. O, xüsusilə Fars körfəzinin coğrafi mövqeyinin bu cür hərbi müdaxilələr üçün "nəticəsiz qalmayacağını" vurğulayaraq, regionda ABŞ bazalarına ev sahibliyi edən ölkələrə dolayı mesaj göndərib. "İranın milli təhlükəsizliyini təhdid edənlərə zərər vuracaq hadisələrin baş verməsi qaçılmazdır", – deyə Vilayəti əlavə edib.
Qeyd olunur ki, Vilayətinin bu bəyanatını bir neçə gün əvvəl ABŞ-ın İrandakı yeraltı raket anbarlarına endirdiyi "bunker dağıdan" zərbələrə və SEPAH komandanı Əlirza Tənqsirinin öldürülməsinə cavab kimi qiymətləndirirlər. Vilayəti həmçinin qeyd edib ki, İran öz müdafiə hüququndan istifadə edərək münaqişəni "düşmənin təcrübəsi olmayan" yeni cəbhələrə keçirmək iqtidarındadır. Bu açıqlama Yaxın Şərqdəki ABŞ müttəfiqləri arasında, xüsusən də son günlər ərazisindən hücumlar üçün istifadə olunduğu iddia edilən ölkələrdə narahatlığı artırıb. Tehrandakı diplomatik mənbələr bildirir ki, "bumeranq" ifadəsi həm birbaşa raket zərbələrini, həm də regiondakı proksi qüvvələrin (məsələn, Husilər və İraqdakı qruplaşmalar) aktivləşməsini nəzərdə tutur.
Tehrandan "Bumeranq" HƏDƏSİ – Əli Əkbər Vilayəti region ölkələrinə XƏBƏRDARLIQ ETDİ
27
mart
17:13
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
İranın "BOZ KARDİNAL"ından OLAY kimi sözlər
Əliyevin İrana xəbərdarlığının gözlənilən EFFEKTİ - bir səfərin GERÇƏKLİYİ...
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
28 fevraldan BU GÜNƏ QƏDƏR: Yaxın Şərqi yandıran "QARA AY"ın ŞOK XRONİKASI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI