ABŞ-ın nüfuzlu "Wall Street Journal" (WSJ) nəşri Ağ Evdəki yüksək rütbəli mənbələrə istinadən şok məlumat yayıb ki, Prezident Donald Tramp may ayının ortalarında Pekində Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır və Vaşinqton İrandakı hərbi əməliyyatların məhz bu görüşə qədər tamamilə başa çatacağını gözləyir.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt "Epik Qəzəb" (Epic Fury) əməliyyatının ilkin olaraq 4-6 həftəlik bir müddət üçün nəzərdə tutulduğunu və hazırda ABŞ ordusunun bu qrafiki qabaqladığını təsdiqləyib.
Məlumata görə, Tramp administrasiyası mayın 14-15-nə təyin edilən tarixi Pekin sammitinə qədər İran məsələsini hərbi və ya diplomatik yolla birdəfəlik həll etmək niyyətindədir.
WSJ vurğulayır ki, Trampın prioriteti müharibəni "qalib lider" statusunda yekunlaşdırıb, diqqətini növbəti qlobal çağırışlara, xüsusən də Çinlə ticarət və təhlükəsizlik məsələlərinə yönəltməkdir. Bu strateji hədəf çərçivəsində Vaşinqton mayın ortalarına qədər Hörmüz boğazının tamamilə açılmasını və qlobal enerji bazarlarının sabitləşməsini təmin etməyi planlaşdırır.
Qeyd olunur ki, Trampın Si Cinpinlə görüşünün vaxtı əslində İrana verilmiş dolayı bir ultimatümdür; yəni Tehran aprelin sonuna qədər təklif olunan sülh planını qəbul etməsə, ABŞ hərbi təzyiqi may ayına qədər daha da sərtləşdirərək rejimi tamamilə çökdürməyə çalışacaq. Pentaqonun hərbi əməliyyatların "yekunlaşma mərhələsində" olduğunu bildirməsi may ayı proqnozlarını daha real edir və dünya birliyi indi bu tarixin Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı olub-olmayacağını yaxından izləyir.
"Tramp Pekinə qalib kimi GEDİR" – Müharibənin son tarixi BƏLLİ OLDU
26
mart
15:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Ağ Evin Pekini məğlub etmək planı yenə iflasa uğradı: Rusiya ilə yanaşı, ABŞ da Çindən asılı vəziyyətə düşür
Pekin Kremli “STRATEJİ TƏLƏ”yə salmağı bacarıb: Rusiya Çinin “ GİZLİ İŞĞAL ” taktikasına MƏĞLUB OLUR
ABŞ-dən İrana qarşı əməliyyatla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Moskva və Pekin niyə KƏNARDA DAYANIR: Tehran niyə TƏK QALIB? TƏHLİL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI