ABŞ yaxın gələcəkdə İranda quru əməliyyatı keçirməyə hazırlaşa bilər.

Kainat.tv xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.

Respublikaçı konqresmenlərə istinadən verilən məlumata görə, Amerika hakimiyyəti əməliyyatın yaxın günlərdə başlama ehtimalını bildirib.

Eyni zamanda, "Axios" portalının mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələri, tərəflər arasında birbaşa danışıqlar başlasa belə, İran ərazisinə zərbələri ən azı daha iki-üç həftə davam etdirmək niyyətindədir.

Qeyd edək ki, "The New York Times" qəzeti bundan əvvəl Vaşinqtonun Tehrana münaqişənin həlli üçün 15 maddəlik plan göndərdiyini bildirmişdi. "Associated Press" agentliyinin məlumatına görə isə sənəd İran tərəfinə təqdim edilib.

Eyni zamanda, İran hakimiyyəti ABŞ ilə məhsuldar danışıqlar barədə məlumatları təkzib edir. //Publika.az