Xəbər verdiyimiz kimi, Türkiyənin xam neft daşıyan "ALTURA" tankeri Qara dənizdə, İstanbul boğazından (Bosfor) cəmi 15 mil məsafədə pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin "NTV" telekanalının yaydığı məlumata görə, hadisə dənizin açıq hissəsində baş verib və güclü partlayışla müşayiət olunub.
Zərbə nəticəsində tankerin idarəetmə körpüsünə ciddi ziyan dəyib, gəminin maşın bölməsinin isə su ilə dolduğu bildirilir.
Gəmidən gələn yardım siqnalından dərhal sonra Sahil Mühafizə Xidməti, dəniz təhlükəsizliyi qüvvələri və fövqəladə hallar üçün nəzərdə tutulmuş məşhur "Nene Hatun" xilasetmə gəmisi hadisə zonasına cəlb edilib.
Sevindirici haldır ki, hadisə zamanı gəminin 27 nəfərlik türklərdən ibarət heyət üzvü arasında xəsarət alan olmayıb və onların vəziyyəti yaxşı qiymətləndirilir. Hazırda gəmiyə texniki kömək göstərilməsi və onun batmasının qarşısının alınması istiqamətində işlər davam edir. Rəsmi qurumlar baş verənlərin birbaşa "terror hücumu" və ya qəsdən törədilmiş aksiya olub-olmaması barədə hələlik yekun bəyanat yaymayıblar. Lakin PUA-nın mənşəyi və gəminin marşrutu ilə bağlı genişmiqyaslı araşdırma başladılıb. Bu insident Rusiya-Ukrayna müharibəsi və regiondakı gərginlik fonunda Qara dənizdəki naviqasiya təhlükəsizliyini yenidən ciddi sual altına qoyub.
"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:
"Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək".
Vurulan Türkiyə tankeri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Hadisənin DETALLARI
26
mart
11:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İki rus tankeri toqquşdu, ÖLƏNLƏR VAR: Qara dənizdə EKOLOJİ FƏLAKƏT
Beş dənizin arasındakı “barıt çəlləyi”: Nəhənglərin “sərvət savaşı”
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
SON DƏQİQƏ! ABŞ İran PUA-sını VURDU – MÜHARİBƏ BAŞLADI! – YENİLƏNİB
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI