Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar daxili siyasi mübarizə fonunda müharibə ritorikası yenidən gündəmə gəlib. Əvvəlcə erməni baş nazir Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində müxalifətin qalib gələrək hakimiyyətə gələcəyi halda Azərbaycanla yeni müharibə riskinin yarana biləcəyini deyib. O hətta bunun üçün konkret olaraq cari ilin sentyabr ayını da tarix kimi göstərib.
Bütün bunlar ölkə daxilində həm siyasi, həm də ictimai müzakirələri alovlandırıb
Hökumət başçısına cavab gecikməyib. Son olaraq, ölkənin sabiq prezidenti Serj Sərkisyan Nikol Paşinyanın mümkün müharibə ilə bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib. Revanşist qüvvələrin liderlərindən sayılan Sərkisyan iddiaların əsassız olduğunu bildirib. Onun “nə gəldi danışırlar” kimi ifadələrlə çıxış etməsi İrəvanda siyasi ritorikanın getdikcə daha da kəskinləşdiyini göstərir.
Bu bəyanatlar real təhlükənin göstəricisidir, yoxsa seçkiqabağı siyasi manipulyasiyadır? Müharibə ritorikasının yenidən gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə hansı mesajı verir? Sərkisyanın sərt reaksiyasının arxasında nələr durur?
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, politoloq Əli Orucov bu barədə Musavat.com-a danışıb. O bildirib ki, Ermənistanda seçki ərəfəsində ictimai siyasi proseslərin qızışması gözləniləndir və hakimiyyət uğrunda mübarizədə iddiaçılar cəmiyyətə fərqli mesajlar ötürməklə elektoratı öz tərəflərinə çəkməyə çalışırlar: "Təbii ki, bu prosesdə xarici faktorlar, xüsusən də, Rusiya faktoru da rol oynamaqdadır. Üzdə olan qüvvələr nisbəti Paşinyanın xeyrinə olsa da, daxili və xarici amilləri nəzərə almaqla hadisələrin rəvan getdiyini söyləmək mümkün deyil. Açığı Azərbaycanla Ermənistan arasında müharibə riskini real hesab etmirəm. Doğrudur, gərginliklər və müəyyən təhriklərin baş verəcəyi istisna edilmir. Çünki, regionda və dünyada baş verən sürətli dəyişikliklər təzyiqləri artırsa da, bunun yenidən müharibəyə çevriləcəyini şərtləndirmir. Mövcud durum İrəvanın tam əleyhinədir. Əgər revanşistlər xam xəyallara və əvəz çıxma iddialarına düşsələr, bu Ermənistanın gələcəyini şübhə altına salar. Ancaq revaşistlərin bəzi hallarda sərt ritorikalarına və davakar ambisiyalarına baxmayaraq onların təbliğat vasitələrinin ana xətlərini məncə bunlar tutmayacaq. Həm də ona görə ki, erməni cəmiyyətinin böyük çoxluğu müharibə və yeni gərginlik ocağına qarşıdır".
Politoloq hesab edir ki, keçmiş prezidentlər- Levon-Ter Petrosyon, Köçəryan və Sərkisyan erməni cəmiyyətində geniş dəstəyə malik deyil və onların imicləri kifayət qədər mənfidir. Ona görə də, hətta Kremlin açıq dəstəyinə rəğmən onların heç biri Paşinyana ciddi rəqib ola bilmirlər. Ermənistan və Azərbaycan arasında demək olar ki, sülh əldə olunub, nəqliyyat xətləri açılır, iqtisadi ticari əlaqələrin qurulmasının konturları ətrafında intensiv müzakirələr gedir. Zənn etmirəm ki, Sərkisyan yaxud Köçəryanın başlanan bu əlaqələri qırmağa gücü çatsın. Zatən regional və beynəlxalq oyunçular da Cənubi Qafqazda qarşıdurmalara qarşıdır".
Paşinyan müharibə TARİXİNİ AÇIQLADI: seçkiqabağı MANİPULYASİYA, yoxsa...?
25
mart
18:49
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İrəvanda “seçkidən sonra müharibə başlaya bilər” XƏBƏRDARLIĞI - Bakıdan SON DƏQİQƏ reaksiyası
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Rusiya yeni “ERMƏNİ LİDERİ”ni savaşa atdı: Erməni kilsəsinin Paşinyansız ŞOK SEÇKİ PLANI
Paşinyan həbs qorxusu ilə ölkədaxili SAVAŞ AÇDI: Köçəryan və Sarkisyan Azərbaycana TƏHVİL VERİLƏCƏK
Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK ADLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI