Bu gün səhər saatlarında Bakının Biləcəri dəmir yolu stansiyasından Ermənistana 350 ton Rusiya buğdasını çatdıracaq 5 vaqondan ibarət növbəti yük qatarı yola salınıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanın yaratdığı tranzit imkanları sayəsində həyata keçirilən bu daşıma Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Yük qatarı Biləcəridən hərəkətə başlayaraq Böyük Kəsik stansiyası vasitəsilə qonşu ölkəyə, oradan isə İrəvana istiqamət alacaq. Qeyd edək ki, 2025-ci ilin oktyabrında Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmasından sonra bu cür daşımalar mütəmadi xarakter alıb.
İndiyə qədər Azərbaycan ərazisindən Ermənistana 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq (qreçka) göndərilib. Dünən isə eyni marşrutla 271 ton gübrə və bir vaqon qarabaşaq yola salınmışdı. Rəsmi Bakının bu addımı regionda kommunikasiyaların açılması və sülh prosesinə dəstək kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Azərbaycanın humanitar və iqtisadi dəhliz rolunu öz üzərinə götürməsi Ermənistanın xarici bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, iki ölkə arasında etimad mühitinin güclənməsinə xidmət edir.
Bakıdan İrəvana BUĞDA QATARI: Azərbaycan tranzit dəhlizini TAM GÜCÜ İLƏ AÇDI
25
mart
11:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” – “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”
Azərbaycan yeni DƏHLİZ AÇILIR - Bakının logistik ÖNƏMİ ARTIR
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI